“Barselona”da sonuncu matçını keçirdi

“Barselona”da sonuncu matçını keçirdi

Futbol üzrə İspaniya milli komandasının və “Barselona”nın müdafiəçisi Jerar Pike karyerasını başa vurub.

Sports.az xəbər verir ki, ötən gecə La Liqanın 13-cü turu çərçivəsində “Kamp Nou” stadionunda keçirilmiş “Almeriya” ilə matç (2:0) 35 yaşlı oyunçunun karyerasında son qarşılaşması olub.

Pike sözügedən görüşdə start heyətdə meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib. O, son oyununda göz yaşlarını saxlaya bilməyib.

Pike “Barselona”nın yetirməsidir. O, 2004-cü ildə Kataloniya təmsilçisindən ayrılaraq İngiltərənin “Mançester Yunayted” klubuna keçib. İspaniya millisinin sabiq üzvü 2006/07 mövsümündə “Real Saraqosa”da bir illik icarədə də olub. 2008-ci ildə isə o, yenidən Kataloniya klubuna qayıdıb. “Barselona”da da 616 matç keçirmiş futbolçu, bu görüşlərdə 53 qola imza atıb, 15 məhsuldar ötürmə müəllifi olub. Pike İspaniya yığmasında da 102 oyun keçirib, 5 qol vurub. Milliyə 2018-ci ildə vida edən müdafiəçi, DÇ-2010 və AÇ-2012-nin qalibi olub. O, Kataloniya klubu ilə də 30 titul əldə edib.

Son xəbərlər
“Liverpul” “Volfsburq”un müdafiəçisi ilə maraqlanır
“Azərbaycan Premyer Liqası çətin çempionatdır” - Saşa İliç
Azərbaycan boksçuları AÇ-yə hazırlığı Türkiyədə davam etdirəcəklər
“İmişli” “Şamaxı”ya, “Qəbələ” “Sumqayıt”a uduzdu
Azərbaycan derbisində ən çox oynamış futbolçular
Levandovski “Barselona”dakı gələcəyi ilə bağlı planlar qurur
MY Sançodan əlini üzdü
“İmişli” “Şamaxı”ya belə uduzdu - VİDEO
“Sərhədçi” “Quba”ya qalib gəldi
“Hakimlərdən narazılığım var” - Kaskilya
Conatan Devidin “Yuventus”dakı gələcəyi ilə bağlı məlumat yayıldı
“Çempionatda ən vacib qələbələrdən birini qazandıq” - Ayxan Abbasov
“Turan Tovuz”la “Kəpəz”in əvəzedicilərindən heç-heçə
A Seriyasının oktyabr üçün ən yaxşıları
Premyer Liqada oktyabrın ən yaxşıları məlum oldu
“Liverpul” “İnter”in müdafiəçisi ilə maraqlanır
Bakıda kamandan oxatma üzrə “Zəfər turniri” keçiriləcək
Azərbaycanın İslamiadanın açılış mərasimindəki bayraqdarları bəlli oldu
“Barselona”nın oyunçusu PSJ-yə yollana bilər
Səlimovdan Avropa birinciliyində gümüş medal
“Qarabağ”la “Neftçi” derbilərdə ən böyükhesablı qələbələrini noyabrda qazanıblar
Derbilərin 45-də hər iki komanda qol vurmağı bacarıb
“Liverpul” yarımmüdafiəçisi ilə müqaviləsini yeniləmək niyyətindədir
Türkiyədə mərc oyunlarına qoşulma ittihamı ilə 17 hakim, 1 klub prezidenti saxlanılıb
Azərbaycanın gənc cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər
2-ci Liqada 8-ci turun təyinatları açıqlandı
“Real”da “qaymaqlılar”ın bir fəsadı narahatlıq doğurur
Azərbaycan derbilərində indiyədək üç futbolçu het-trik edib
Dövrənin son turu rəqəmlərin gözü ilə
“Qeyri-sabit çıxışımızın səbəbi komandanın tam heyətlə oynaya bilməməsi idi”
DAHA ÇOX

Ən çox oxunanlar