Digər
ABL: 19-cu tura start verilir

17.03.2025 | 11:15
Azərbaycan Basketbol Liqasında 19-cu tura bu gün start veriləcək.
Sports.az xəbər verir ki, günün yeganə matçında "Sumqayıt" "Ordu"nu qəbul edəcək.
Qarşılaşma Sumqayıt Olimpiya İdman Kompleksində, saat 19:00-da start götürəcək. Meydan sahibləri B qrupunda 25 xalla dördüncü, qonaqlar 23 xalla beşincidir.
Tura martın 19-da yekun vurulacaq.
Son xəbərlər





























