Azərbaycan birinciliyinə yekun vuruldu

Azərbaycan birinciliyinə yekun vuruldu

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkil etdiyi avarçəkmə üzrə ölkə birinciliyinə yekun vurulub.

Sports.az AKAF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın ikinci günündə idmançılar akademik, kayak və kanoe üzrə 200, 500 və 1500 metr məsafədə 10 dəst medal uğrunda mübarizə aparıblar.

200 metr (K1) məsafəyə 2009-2010 təvəllüdlü oğlanların yarışında İvan Vorobyanski, Tamerlan Mehrəliyev və Nuran Rəhimli müvafiq olaraq ilk üç pilləni tutublar.

200 metr (K1) məsafəyə 2007-2008 təvəllüdlü oğlanların mübarizəsində ilk üç yeri müvafiq olaraq Əlimurad Hacızadə, Amil Ramazanov və Emil Ruintən tutublar. 200 metr (K1) məsafəyə 2011-2012 təvəllüdlü oğlanların yarışında Elmir Tarverdiyev, Tahir Mövsümov, Hüseyn Sultanov müvafiq şəkildə ilk "üçlük"də yer alıblar.

200 metr məsafəyə (K2) 2007-2008 təvəllüdlü oğlanlar arasında Qiyas Əhmədovla Sübhan Həsənov birinci, Nihad Quliyevlə Şahin İsayev ikinci, Emil Zeynalovla Sabir Ağayev üçüncü olublar.

200 metr məsafəyə (C1) 2009-2010 təvəllüdlü oğlanların yarışında Hüseyn Səmədli birinci, Vüsal Həsənov ikinci, Nicat Əliyev isə üçüncü pilləni tutub. 

200 metr məsafəyə (K2) 2009-2010 təvəllüdlü oğlanlar arasında İvan Vorobyanski və Hüseyn Həsənov birinci, Tamerlan Mehrəliyevlə Səidağa Kərimov ikinci, Nuran Rəhimli ilə Sahib Əyyubzadə üçüncü yerin sahibi olublar.

200 metr məsafəyə (K2) 2011-2012 təvəllüdlü oğlanların mübarizəsində Sənan Cəfərzadə ilə Tahir Mövsümov birinci, Əziz Əhmədli iə Kamal Tağıyev ikinci, Maqsud Mantaşevlə Eldar Çekmaryov üçüncü yeri tutublar.

500 metr məsafəyə (K4) oğlanların MİX yarışında Əlimurad Hacızadə, Tengiz Qaqnidze, Qiyas Əhmədov, Amil Ramazanov birinci, Elvin Əliyev, Niyaz Məlikov, İvan Vorobjanskiy, Vacib Babayev ikinci, Sabir Ağayev, Emil Zeynalov, Əli Əliyev və Hüseyn Həsənov isə üçüncü yerin sahibi olublar.

Qaliblər diplom və medallarla mükafatlandırılıblar. İlk dəfə Azərbaycan birinciliyində avarçəkənlər 4 nəfərlik kayak qayığında yarışıblar.

Qeyd edək ki, yarışda fərqlənən idmançılar Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident Kuboku-2025” beynəlxalq reqatasında iştirak edəcək komandanın heyətinə cəlb olunacaqlar.

Son xəbərlər
“Xetafe”dən çətin qələbə
“Borussiya”ya bir qol bəs etdi
Spalletti Vlahoviçlə bağlı sualı cavabladı
“Başakşəhər”ə bir qol bəs etdi
Qleb dünyanın ən çətin çempionatı ilə bağlı fikrini açıqladı
Patrik Vieyra istefaya göndərilə bilər
Ten Haq İngiltərə Premyer Liqasına qayıda bilər
“Barselona”nın qapıçısı sıraya dönmək üzrədir
“Barselona” mərakeşli gənc ulduzu satın almağa çalışır
“Basketbolçularımız bu gün qəhrəmanlıq göstərdilər”
“Gəncə” “Şəki”yə, “Sərhədçi” “Sumqayıt”a uduzdu
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
PSJ-nin müdafiəçisi Paris klubundan ayrılmaq istəyir
“Qarabağ”dan inamlı qələbə - VİDEO
“Abubakar “Neftçi” üçün xeyirli olsun” - Qurbanov
“Məğlub olmağımıza görə məyusuq” – Kaskilya
“Roma” “Mançester Yunayted”in hücumçusunu icarəyə götürmək istəyir
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyinin qalibi oldu
Türkiyə Futbol Federasiyası 149 hakimi cəzalandırdı
“Araz-Naxçıvan”dan Benin millisinə
“Barselona” “Napoli”nin yarımmüdafiəçisi ilə maraqlanır
"Qarabağ" "İmişli"yə qalib gəldi
“Çelsi” müdafiəçisi ilə müqaviləsini yeniləmək niyyətindədir
Azərbaycanlı FIFA referisi “Napoli”nin oyununa təyinat aldı
“İmişli”nin texniki məğlubiyyətlə bağlı şikayəti qəbul edilmədi
Naxçıvanda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
Qəbələdə kütləvi futbol festivalı keçirilib
İlk oyun qolsuz bitdi
“Barselona” “Kamp Nou”ya qovuşur
Ronaldonun oğlu millidə debüt edib
DAHA ÇOX

Ən çox oxunanlar