Azərbaycan Kikboksinq Federasiyasından açıqlama

Azərbaycan Kikboksinq Federasiyasından açıqlama

Azərbaycan Kikboksinq Federasiyası özünü 9 qat dünya və Avropa çempionu kimi təqdim edən Araz Musayevlə bağlı açıqlama yayıb.

Sports.az xəbər verir ki, bu barədə qurum sosial şəbəkə hesabın paylaşım edib.

Paylaşımda deyilib: "Gənclər və İdman Nazirliyinin Kollegiyasının 16 dekabr 2024-cü il tarixli 38 nömrəli Qərarı ilə "Azərbaycan Kikboksinq Federasiyası" İctimai Birliyinin fəaliyyət istiqamətinə muaytay idman növü və onun fənləri əlavə edilərək ölkə ərazisində yayılan idman növləri kimi tanınıb.

Bu qərara əsasən Azərbaycan Kikboksinq Federasiyasının razılığı olmadan ölkə ərazisində, beynəlxalq muaytay idman təşkilatlarının keçirdiyi yarışlarda iştirak edən və bu yarışlarda nailiyyət əldə edən idmançıların nəticələri qeydə alınmayacaq.

Azərbaycan Kikboksinq Federasiyası bildirir ki, özünü 9 qat dünya və Avropa çempionu kimi qələmə vermiş Araz Furqan oğlu Musayev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyal qərarına qarşı itaətsizlik edir, federasiyamıza qarşı əsassız iddialar səsləndirir. Onun iddia etdiyi nəticələr isə həqiqətə uyğun deyil.

Araz Furqan oğlu Musayevin "WAKO" kikboksinq təşkilatının 2000-ci ildə keçirilmiş Avropa çempionatında əldə etdiyi nailiyyətdən (III yer) başqa bir nailiyyəti yoxdur, digər özünü elan etdiyi titulların həqiqiliyini sübut etmək üçün heç bir mənbədə öz əksini tapmayıb.

Onun əksər qeyd etdiyi nailiyyətlər saxtadır. Hal-hazırda ölkəmizdə müxtəlif idman yarışlarından, idman festivallarından diplom əldə etmiş və özünü saxta dünya və Avropa çempionu kimi təqdim edən onlarla belə idmançı vardır.

Əlavə olaraq bildiririk ki, Araz Furqan oğlu Musayevin iddia etdiyi 9 qat dünya və Avropa çempionu kimi titulları rəsmi sənədlərlə təsdiq olunmadığından həqiqəti əks etdirmir, saxtadır".

Son xəbərlər
“Xetafe”dən çətin qələbə
“Borussiya”ya bir qol bəs etdi
Spalletti Vlahoviçlə bağlı sualı cavabladı
“Başakşəhər”ə bir qol bəs etdi
Qleb dünyanın ən çətin çempionatı ilə bağlı fikrini açıqladı
Patrik Vieyra istefaya göndərilə bilər
Ten Haq İngiltərə Premyer Liqasına qayıda bilər
“Barselona”nın qapıçısı sıraya dönmək üzrədir
“Barselona” mərakeşli gənc ulduzu satın almağa çalışır
“Basketbolçularımız bu gün qəhrəmanlıq göstərdilər”
“Gəncə” “Şəki”yə, “Sərhədçi” “Sumqayıt”a uduzdu
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
PSJ-nin müdafiəçisi Paris klubundan ayrılmaq istəyir
“Qarabağ”dan inamlı qələbə - VİDEO
“Abubakar “Neftçi” üçün xeyirli olsun” - Qurbanov
“Məğlub olmağımıza görə məyusuq” – Kaskilya
“Roma” “Mançester Yunayted”in hücumçusunu icarəyə götürmək istəyir
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyinin qalibi oldu
Türkiyə Futbol Federasiyası 149 hakimi cəzalandırdı
“Araz-Naxçıvan”dan Benin millisinə
“Barselona” “Napoli”nin yarımmüdafiəçisi ilə maraqlanır
"Qarabağ" "İmişli"yə qalib gəldi
“Çelsi” müdafiəçisi ilə müqaviləsini yeniləmək niyyətindədir
Azərbaycanlı FIFA referisi “Napoli”nin oyununa təyinat aldı
“İmişli”nin texniki məğlubiyyətlə bağlı şikayəti qəbul edilmədi
Naxçıvanda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
Qəbələdə kütləvi futbol festivalı keçirilib
İlk oyun qolsuz bitdi
“Barselona” “Kamp Nou”ya qovuşur
Ronaldonun oğlu millidə debüt edib
DAHA ÇOX

Ən çox oxunanlar