Antidopinq Konvensiyasının Monitorinq Qrupunun rəhbər vəzifələrinə seçkilər keçirilib

Antidopinq Konvensiyasının Monitorinq Qrupunun rəhbər vəzifələrinə seçkilər keçirilib

Avropa Şurasının Antidopinq Konvensiyasının Monitorinq Qrupu (T-DO) Strasburqda keçirilən 60-cı iclasını başa vuraraq, idmanda dopinqlə mübarizə sahəsində mühüm addımlar atıb.

Sports.az xəbər verir ki, üzv dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri antidopinq siyasətləri, davam edən təşəbbüslər və gələcək dövr üçün yeni rəhbərliyin seçilməsi ilə bağlı müzakirələr aparıblar.

İclasda ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Sonra T-DO-nun müxtəlif strukturlarına rəhbər vəzifələrə seçkilər keçirilib. Belə ki, Mixal Rinkovski (Polşa) Monitorinq Qrupunun sədri, Mehmet Yoğurtcuoğlu (Türkiyə) sədr müavini, Paul Ouseley (Birləşmiş Krallıq) Uyğunluq, Fredrik Lauritzen (Norveç) Elm üzrə Məsləhət Qrupunun sədri seçiliblər. Səsverməyə əsasən, Florian Kavel (Fransa) Hüquqi məsələlər və Erik Duiven (Niderland) isə Təhsil üzrə Məsləhət Qrupuna yenidən rəhbərlik edəcəklər. Yeni seçilmiş rəhbərlik, Monitorinq Qrupunun uyğunluq, maarifləndirmə, hüquqi çərçivələr və elmi inkişaf sahəsində fəaliyyətini daha da gücləndirmək üçün mühüm rol oynayacaq.

İclas çərçivəsində iştirakçılar Avropada antidopinq siyasətinin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın təşviqi və Antidopinq Konvensiyasına uyğunluğun təmin edilməsi istiqamətində yüksək səviyyəli müzakirələr aparıblar. Yeni rəhbərlik, Ümumdünya Antidopinq Agentliyi (WADA), Beynəlxalq Olimpiya Komitəsi (IOC) və milli antidopinq təşkilatları ilə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Monitorinq Qrupunun yeni sədri Mixal Rinkovski antidopinq səylərinin daha da inkişaf etdirilməsinə və qrupun qlobal antidopinq sistemindəki rolunun möhkəmləndirilməsinə sadiq olduğunu bildirib. "Bu məsuliyyət mənim üçün böyük şərəfdir. İdmanın dürüstlüyünü qorumaq və dopinqlə mübarizədə birgə səylərimizi gücləndirmək üçün bütün maraqlı tərəflərlə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm", – deyə Rynkovski qeyd edib.

T-DO antidopinq siyasətinin formalaşdırılmasında və Antidopinq Konvensiyasına uyğunluğun təmin edilməsində mühüm platforma olaraq, Avropa Şurasının təmiz idman və ədalətli rəqabət prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir.

Son xəbərlər
“Xetafe”dən çətin qələbə
“Borussiya”ya bir qol bəs etdi
Spalletti Vlahoviçlə bağlı sualı cavabladı
“Başakşəhər”ə bir qol bəs etdi
Qleb dünyanın ən çətin çempionatı ilə bağlı fikrini açıqladı
Patrik Vieyra istefaya göndərilə bilər
Ten Haq İngiltərə Premyer Liqasına qayıda bilər
“Barselona”nın qapıçısı sıraya dönmək üzrədir
“Barselona” mərakeşli gənc ulduzu satın almağa çalışır
“Basketbolçularımız bu gün qəhrəmanlıq göstərdilər”
“Gəncə” “Şəki”yə, “Sərhədçi” “Sumqayıt”a uduzdu
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
PSJ-nin müdafiəçisi Paris klubundan ayrılmaq istəyir
“Qarabağ”dan inamlı qələbə - VİDEO
“Abubakar “Neftçi” üçün xeyirli olsun” - Qurbanov
“Məğlub olmağımıza görə məyusuq” – Kaskilya
“Roma” “Mançester Yunayted”in hücumçusunu icarəyə götürmək istəyir
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyinin qalibi oldu
Türkiyə Futbol Federasiyası 149 hakimi cəzalandırdı
“Araz-Naxçıvan”dan Benin millisinə
“Barselona” “Napoli”nin yarımmüdafiəçisi ilə maraqlanır
"Qarabağ" "İmişli"yə qalib gəldi
“Çelsi” müdafiəçisi ilə müqaviləsini yeniləmək niyyətindədir
Azərbaycanlı FIFA referisi “Napoli”nin oyununa təyinat aldı
“İmişli”nin texniki məğlubiyyətlə bağlı şikayəti qəbul edilmədi
Naxçıvanda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
Qəbələdə kütləvi futbol festivalı keçirilib
İlk oyun qolsuz bitdi
“Barselona” “Kamp Nou”ya qovuşur
Ronaldonun oğlu millidə debüt edib
DAHA ÇOX

Ən çox oxunanlar