Digər
“Azərreyl” məğlub oldu, “Abşeron” qalib gəldi

18.03.2025 | 22:30
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün 16-cı turun oyunları keçirilib.
Sports.az xəbər verir ki, “Murov Az Terminal” UNEC-i 3:0 hesabı ilə məğlub edib.
Qarşılaşma UNEC-in idman zalında baş tutub. Digər görüşdə isə "Abşeron" "Gəncə"ni 3:1 hesabı ilə üstələyib.
“Azərreyl” - “Milli Aviasiya Akademiyası” matçının qalibi isə beşinci setdə müəyyənləşib. Gərgin mübarizə şəraitində keçən oyunda “Milli Aviasiya Akademiyası” 3:2 hesablı qələbəyə sevinib.
Son iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.
Son xəbərlər





























