“Daha rahat şəkildə qalib gələ bilərdik”

“Daha rahat şəkildə qalib gələ bilərdik”

“Şəki”nin baş məşqçisi Bedri Meriç Azərbaycan Basketbol Liqasının 19-cu turunda “Gəncə”yə qarşı keçirdikləri matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib.

Sports.az xəbər verir ki, mütəxəssis 3 xallıq atışlarda zəif olduqlarını söyləyib:

"Bu matça görə oyunçularımın hər biri ilə fəxr edirəm. İlk hissədə 11 xal fərqlə geri düşməyimizə və motivasiyamızın korlanmasına baxmayaraq, basketbolçulara geyindikləri forma üçün oynamalarını tapşırdım. İkinci hissədə müdafiə planımız işə yaradı. Rəqibə 19 dəfə top itkisi yaşatdıq. Matçın "qırılma nöqtəsi" burada oldu. Əslində, daha rahat şəkildə qalib gələ bilərdik. 16 sərbəst atışdan yararlanmağı bacarmadıq. Bu problemi düzəltməyimiz lazımdır. 3 xallıq atışlarda da zəif oynadıq”.

Meriç komandanı dəstəkləyənlərə təşəkkürünü bildirib:

“İstənilən halda, qalib gəldik. Oyuna baxmağa gələn azarkeşlərimizə, həmçinin bizi dəstəkləyənlərə təşəkkürümü bildirirəm. Əlavə olaraq klubun heyətinə – media nümayəndəsindən həkiminə kimi təşəkkür edirəm. Amma işimiz hələ bitməyib. Qarşımızda daha 40 dəqiqə var. Mövsümün əvvəlində qarşımıza 1/4 finala çıxmağı məqsəd qoymuşduq. Lənkərandakı matçda da qalib gəlib, önümüzə qoyduğumuz məqsədə nail olacağıq. Uşaqlar möhtəşəm hekayə yazır. Bu hekayə bizi hara kimi aparacaq, hamımız birlikdə görəcəyik".

B qrupunda baş tutan “Şəki” - “Gəncə” görüşü meydan sahiblərinin 91:87 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər
“Xetafe”dən çətin qələbə
“Borussiya”ya bir qol bəs etdi
Spalletti Vlahoviçlə bağlı sualı cavabladı
“Başakşəhər”ə bir qol bəs etdi
Qleb dünyanın ən çətin çempionatı ilə bağlı fikrini açıqladı
Patrik Vieyra istefaya göndərilə bilər
Ten Haq İngiltərə Premyer Liqasına qayıda bilər
“Barselona”nın qapıçısı sıraya dönmək üzrədir
“Barselona” mərakeşli gənc ulduzu satın almağa çalışır
“Basketbolçularımız bu gün qəhrəmanlıq göstərdilər”
“Gəncə” “Şəki”yə, “Sərhədçi” “Sumqayıt”a uduzdu
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
PSJ-nin müdafiəçisi Paris klubundan ayrılmaq istəyir
“Qarabağ”dan inamlı qələbə - VİDEO
“Abubakar “Neftçi” üçün xeyirli olsun” - Qurbanov
“Məğlub olmağımıza görə məyusuq” – Kaskilya
“Roma” “Mançester Yunayted”in hücumçusunu icarəyə götürmək istəyir
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyinin qalibi oldu
Türkiyə Futbol Federasiyası 149 hakimi cəzalandırdı
“Araz-Naxçıvan”dan Benin millisinə
“Barselona” “Napoli”nin yarımmüdafiəçisi ilə maraqlanır
"Qarabağ" "İmişli"yə qalib gəldi
“Çelsi” müdafiəçisi ilə müqaviləsini yeniləmək niyyətindədir
Azərbaycanlı FIFA referisi “Napoli”nin oyununa təyinat aldı
“İmişli”nin texniki məğlubiyyətlə bağlı şikayəti qəbul edilmədi
Naxçıvanda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
Qəbələdə kütləvi futbol festivalı keçirilib
İlk oyun qolsuz bitdi
“Barselona” “Kamp Nou”ya qovuşur
Ronaldonun oğlu millidə debüt edib
DAHA ÇOX

Ən çox oxunanlar