“Qarabağ”dan üç rekord

“Qarabağ”dan üç rekord

“Qarabağ” Misli Premyer Liqasının startında ardıcıl 12-ci qələbəsini qazanıb.

Sports.az xəbər verir ki, Ağdam klubu XIII turda “Kəpəz”i 3:1 hesabı ilə məğlub edib. Bir matçı təxirə salınan Qurban Qurbanovun yetirmələri xal itirmədən irəliləyir. Bu, Azərbaycan çempionatları tarixinin startdakı ən uğurlu seriyasının təkrarıdır. “Qarabağ” “Neftçi”nin 30 il əvvəl imza atdığı rekordu təkrarlayıb. Bakılılar 1992-ci ildə keçirilən ilk ölkə çempionatına ardıcıl 12 qələbə ilə başlayıb və yalınız 13-cü matçında bunu bacarmayıb. Ağdamlılar təkrarladığı 30 illik rekordu noyabrın 9-da yeniləyə bilər. Bunun üçün “Qarabağ” təxirə salınan görüşdə “Turan Tovuz”a qalib gəlməlidir.

Bu, ötən mövsümü ardıcıl üç qələbə ilə tamamlayan Qurbanovun yetirmələrinin ardıcıl 15-ci qalibiyyəti olub. Ağdamlılar sonuncu dəfə ötən mövsümün XXV turunda xal itirib. Bu il mayın 5-də “Zirə” ilə qolsuz heç-heçədən sonra baş tutan bütün matçlarda üç xal qazanan Ağdam klubu öz tarixinin rekordunu təkrarlayıb. Komanda 2019-cu ildə də ardıcıl 15 dəfə qalib gəlib.

“Qarabağ” bununla da məğlubiyyətsizlik seriyasını 32-yə çatdırıb. 2021-ci il oktyabrın 25-də səfərdə “Səbail”ə 1:3 hesabı ilə uduzan Qurbanovun komandası ötən mövsümün son 20 matçında məğlub olmayıb. Bu görüşlərdə ağdamlılar 16 qələbə qazanıb və 4 heç-heçə edib. Cari çempionata 12 qələbə ilə başlayan “Qarabağ” üçün “Kəpəz”lə qarşılaşma məğlubiyyətsiz 32-ci görüş olub. Bununla da Ağdam klubu Azərbaycan çempionatlarının mütləq rekorduna imza atıb. 2018-19-cu illərdə ardıcıl 31 oyunda uduzmayan bölgə təmsilçisi üç ildən sonra özünün sahibi olduğu rekordu yeniləyib.

Son xəbərlər
“Liverpul” “Volfsburq”un müdafiəçisi ilə maraqlanır
“Azərbaycan Premyer Liqası çətin çempionatdır” - Saşa İliç
Azərbaycan boksçuları AÇ-yə hazırlığı Türkiyədə davam etdirəcəklər
“İmişli” “Şamaxı”ya, “Qəbələ” “Sumqayıt”a uduzdu
Azərbaycan derbisində ən çox oynamış futbolçular
Levandovski “Barselona”dakı gələcəyi ilə bağlı planlar qurur
MY Sançodan əlini üzdü
“İmişli” “Şamaxı”ya belə uduzdu - VİDEO
“Sərhədçi” “Quba”ya qalib gəldi
“Hakimlərdən narazılığım var” - Kaskilya
Conatan Devidin “Yuventus”dakı gələcəyi ilə bağlı məlumat yayıldı
“Çempionatda ən vacib qələbələrdən birini qazandıq” - Ayxan Abbasov
“Turan Tovuz”la “Kəpəz”in əvəzedicilərindən heç-heçə
A Seriyasının oktyabr üçün ən yaxşıları
Premyer Liqada oktyabrın ən yaxşıları məlum oldu
“Liverpul” “İnter”in müdafiəçisi ilə maraqlanır
Bakıda kamandan oxatma üzrə “Zəfər turniri” keçiriləcək
Azərbaycanın İslamiadanın açılış mərasimindəki bayraqdarları bəlli oldu
“Barselona”nın oyunçusu PSJ-yə yollana bilər
Səlimovdan Avropa birinciliyində gümüş medal
“Qarabağ”la “Neftçi” derbilərdə ən böyükhesablı qələbələrini noyabrda qazanıblar
Derbilərin 45-də hər iki komanda qol vurmağı bacarıb
“Liverpul” yarımmüdafiəçisi ilə müqaviləsini yeniləmək niyyətindədir
Türkiyədə mərc oyunlarına qoşulma ittihamı ilə 17 hakim, 1 klub prezidenti saxlanılıb
Azərbaycanın gənc cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər
2-ci Liqada 8-ci turun təyinatları açıqlandı
“Real”da “qaymaqlılar”ın bir fəsadı narahatlıq doğurur
Azərbaycan derbilərində indiyədək üç futbolçu het-trik edib
Dövrənin son turu rəqəmlərin gözü ilə
“Qeyri-sabit çıxışımızın səbəbi komandanın tam heyətlə oynaya bilməməsi idi”
DAHA ÇOX

Ən çox oxunanlar