AFFA-nın ən böyük səhvi

AFFA-nın ən böyük səhvi

Fernandu Santuş Avropa çempionu olmuş baş məşqçidi. Berti Foqts portuqaliyalıdan 20 il əvvəl bu uğuru qazanmışdı. Karlos Alberto Torres futbolçu kimi adını dünya futbol tarixinə yazdırmışdı. Eyni sözləri müəyyən mənada Robert Prosineçkiyə aid etmək olar. Canni De Byazi Albaniyanı tarixində ilk dəfə Avropa Çempionatının final mərhələsinə yüksəltmişdi. Milliyə gələn əcnəbi məşqçilər arasında ən çox ümid bəslədiyim də o idi. 

Heyf ki, bu mütəxəssislərin heç biri uğurlu ola bilmədi. Haiti rüsvayçılığından sonra Santuşa da inamım qalmadı...

Portuqaliyalı ağsaqqal təqaüdə çıxıb nəvələri ilə oynamalı, onlara nağıllar danışmalı olduğu vaxtda, zavallı azərbaycanlı jurnalistlərə və azarkeşlərə nağıllar danışır, gələcəyin komandasını qurduğunu iddia edir və bu məqsədə çatmaq naminə nəticələrə əhəmiyyət vermədiyini deyir. 
Yalan danışır, ağsaqqal! 

Gələcəyin heyətində 6 nəfər yaşı 30+ və 10 nəfər 25+ futbolçu olmur!

Gələcəyin heyətini quran baş məşqçi PR üçün 1-ci Liqanın oyunlarına gedib ordan futbolçu çağırmır. Daha sonra da ona, başqa gənclərə 1 dəqiqə də şans verməməklə əslində bütün fikrini mənasız nəticələrdə olduğunu göstərmir.

Kaspiysk "Daqdizel"inin yetirməsi Bədavi Hüseynova və Moskva "Torpedo"sunun yetirməsi Şahrudin Məhəmmədəliyevə böyük hörmətim var. Adamlar xarakterləri ilə gənclərə örnək olacaq şəxsiyyətdilər. Belələri futbolumuzda azdı. Bədavinin 34, Şahrudinin 31 yaşı olsa da, xarakter və təcrübə baxımından gənclər onlardan öyrənə bilər. Amma Krasnoyarsk "Yenisey"inin yetirməsi Aleksey İsayev haqda eyni sözü deyə bilmirəm...

Ümumiyyətlə, gənclərin baxıb öyrənməsi üçün "gələcəyin millisində" hər xəttə 1 nəfər təcrübəli futbolçunun olması pis ideya deyil. Məsələn, ustalıqları müzakirə mövzusu olmayan Coşqun Diniyev və Mahir Emreli. Bitirici vuruşlarda "müəllimliyə" Almaniya aşağı liqasından Rüfət Dadaşovun milliyə cəlb edilməsinəcən bütün ağlabatan eksperimentlərə razıyam.

Amma daha bu siyahı belə geniş olmamalıdı. 

Sən "gələcəyinin heyəti"nə cəmi 5-6 nəfər 23 yaşdan aşağı gənc cəlb edirsənsə, demək ki, sözlərində qeyri-səmimisən, cənab Santuş!

Yaşı 27ni keçən 12 nəfərlə "gələcəyin heyəti" olar? Tamam, yuxarıda dediyim kimi Mahirlə Coşqunu ən azı ustalıqlarına, Bədavi ilə Şahruddini liderlik keyfiyyətlərinə görə anladıq. Bəs qalan 8 nəfər?!

Rəhman Daşdəmirovu "Neftçi" Akademiyasında oynadığı vaxtdan izləyirəm, Azərbaycan üçün yaxşı müdafiəçidi. Amma 26 yaşı var. Fenomenal futbol da sərgiləmir və "gələcəyin millisində" yeni debüt edir...

Daha bir 26 yaşlı Renat Dadaşov, 25 yaşlı Mert Çelik, 27 yaşlı Ozancan Kökçü Almaniya, Türkiyə və Niderland futbolunun yetirmələridi. Onları Azərbaycan millisinin forması üçün fədakarlığa məcbur edəcək xüsusi bağların, hisslərin olduğuna əmin deyiləm. Yalnız pul motivasiyası ilə millinin uğur qazanması da çətin məsələdi. Bayraq, milli forma, bu şərəfi qorumaq ilk növbədə mənəvi məsələdi!

Santuşda və Azərbaycana bağlılığı olmayan legionerlərdə bu ürəyin axtarışına çıxmaq bəlkə də sadəlövhlükdü. Millinin oyununa baxanda yerli futbolçuların belə bu məsuliyyəti anlamasına ciddi şübhə yaranır!

AFFA rəhbərliyi qoca portuqaliyalının təyinatından bir il keçməmiş yəqin ki, nə qədər böyük səhvə yol verdiyinin fərqindədi. Santuş millini daha dərin böhrana salıb. Haitini nə qədər böyütsək də, bu komanda dünya nəhəngi deyil və onlara qarşı öz meydanımızda belə xaotik, qorxaq, mənasız futbol... 

Ziyanın yarısından qayıtmaq yaxşıdı. AFFA nə qədər gec deyil Santuşu yola salıb, bu postu hamıdan çox haqq edən Qurban Qurbanovu milliyə baş məşqçi gətirməlidi! 

Əks təqdirdə, Fransaya 0:10 hesablı məğlubiyyətin təkrarlanması, hətta, daha biabırçı antirekord ehtimalı var...

Son xəbərlər
“Qarabağ” “Şamaxı”ya, “Sabah” “Zirə”yə qarşı
Parisdə 5, Marseldə 4 qol
“Real” yenə xal itirdi
“Vest Hem” 4 cavabsız qola sevindi
“Roma”dan darmadağın
İlk oyunda heç-heçə
İtaliya millisinin yeni baş məşqçisi bilindi
“Milan” yay hazırlıq planları üzərində çalışır
“Beşiktaş”dan inamlı qələbə
“Milan” “Çelsi”nin hücumçusunu icarəyə götürmək istəyir
Sumqayıtda Azərbaycan birinciliyi keçiriləcək
“Sabah”ın U-18 komandası ÇL-də məğlub oldu
Ercan Aslan və Gülay Orucovadan qızıl medal
“Barselona” yay hazırlıq səfəri üzərində çalışır
“Borussiya”da yeni müqavilə
1-ci Liqada daha iki turun oyun cədvəli açıqlandı
“Real” Oliseyə görə nəhəng təkliflə çıxış edə bilər
Mingəçevirdə məşqçilər üçün seminar başa çatıb
Yeddi azərbaycanlı idmançı üçün Türkiyə sınağı
“Real”ın hücumçusu Premyer Liqaya yollana bilər
Spaletti ilə yeni müqavilə imzalandı
Azərbaycan güləşçiləri üçün Antalya sınağı
“Hər görüşə qələbə üçün çıxacağıq” - Füzuli Məmmədov
“Arsenal” “Real”ın iki məzununu hədəfə aldı
“Qarabağ”la oyundan sonra komandanı tanıya bilmirəm” - Azər Bağırov
“Kəpəz” Yevlaxda darmadağına üzüldü - VİDEO
Martinelli gələcəyi ilə bağlı qərar verdi
“Karvan-Yevlax”dan darmadağın
2-ci dərəcə məşqçi kursu başa çatıb
“Barselona” 10 milyon avro məbləğində qabağa düşə bilər
DAHA ÇOX

Ən çox oxunanlar