Digər
				Azərbaycan millisində yeni fiqurlu konkisürən

26.03.2025 | 10:20
					Rusiyalı fiqurlu konkisürən Veronika Jilina növbəti mövsümdən Azərbaycan millisinin heyətində mübarizə aparacaq.
Sports.az xəbər verir ki, bu barədə TASS-a mənbə bildirib.
Jilinanın 17 yaşı var və ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenkonun yetirməsidir. Ötən mövsüm idmançı zədə səbəbindən yarışları buraxmaq məcburiyyətində qalıb.
O, 2023-cü ildə Rusiya Gənclər Çempionatının gümüş mükafatçısı və 2023-cü ildə Gənclər arasında qran-pri finalının qalibidir.
Son xəbərlər
		 
									 
									 
									 
									 
									 
									




























