Digər
				Azərbaycan Kubokunda finalçılar müəyyənləşir

28.03.2025 | 13:20
					Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar bu gün müəyyənləşəcək.
Sports.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk oyununda "Neftçi" NTD ilə üz-üzə gələcək.
Qarşılaşma saat 16:00-da start götürəcək. Saat 19:00-da isə "Naxçıvan" və "Gəncə" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Hər iki matç Bakı İdman Sarayında təşkil olunacaq.
Qeyd edək ki, final oyunu martın 30-da keçiriləcək. Ötən mövsüm "Neftçi" bu titulun sahibi olub.
Son xəbərlər
		 
									 
									 
									 
									 
									 
									




























