Digər
				Yüksək Liqada növbəti oyunlar keçiriləcək

28.03.2025 | 13:40
					Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 17-ci turun oyunları bu gün keçiriləcək.
Sports.az xəbər verir ki, bütün qarşılaşmalar saat 16:00-da start götürəcək.
Fövqəladə Hallar Nazirliyinin idman zalında "Xilasedici" MOİK-lə üz-üzə gələcək.
Sumqayıt Olimpiya İdman Kompleksində "Gənclər" "Azərreyl"lə qarşılaşacaq. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində isə "Neftçi" və "Murov Az Terminal" komandaları münasibətlərə aydınlıq gətirəcəklər.
16 turdan sonra "Azərreyl" 38 xalla liderdir. İkinci sıradakı "Murov Az Terminal" da eyni xala malikdir. "Xilasedici" 36 xalla üçüncü, "Neftçi" 23 xalla dördüncü pillədə qərarlaşıb. V sıradakı MOİK-in 8, sonuncu - altıncı yerdəki "Gənclər"in 1 xalı var.
Son xəbərlər
		 
									 
									 
									 
									 
									 
									




























