Futbol
Premyer Liqada növbəti mövsümün start tarixi açıqlandı

08.11.2022 | 22:20
Futbol üzrə İngiltərə Premyer Liqasında növbəti mövsümün başlanacağı və bitəcəyi tarixlər məlum olub.
Sports.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
Belə ki, 2023/24 mövsümü avqustun 12-də start götürəcək və mayın 19-da başa çatacaq.
Növbəti mövsüm 38 turundan 34-ü həftə sonu keçiriləcək. Üç tur həftənin ortasında, bir tur isə bayramlarda oynanılacaq.
Son xəbərlər





























