Digər
				ABL: Müntəzəm mövsümün sonuncu turu başlayır

01.04.2025 | 11:00
					Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – 20-ci turu bu gün start götürəcək.
Sports.az xəbər verir ki, ilk olaraq bir oyun keçiriləcək.
34 xalla B qrupunun lideri olan "Şəki" 22 xalla altıncı - sonuncu pillədə qərarlaşan "Lənkəran"ın qonağı olacaq.
Qarşılaşma Lənkəran Olimpiya İdman Kompleksində, saat 14:00-da start götürəcək.
Tura aprelin 6-da yekun vurulacaq.
Son xəbərlər
		 
									 
									 
									 
									 
									 
									




























