Digər
				Müntəzəm mövsümdə sonuncu tura start verilib

01.04.2025 | 18:15
					Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu - 20-ci turu start götürüb.
Sports.az xəbər verir ki, bu gün bir oyun keçirilib.
"Şəki" səfərdə "Lənkəran"ın qonağı olub.
Lənkəran Olimpiya İdman Kompleksində baş tutan görüşdə qonaqlar 107:78 hesablı qələbəyə seviniblər.
Yer aldığı B qrupunu 36 xalla ilk sırada başa vuran "Şəki" pley-offa yüksəlib. "Lənkəran" isə 23 xalla sonuncu olub.
Qeyd edək ki, tura aprelin 6-da yekun vurulacaq.
 
Son xəbərlər
		 
									 
									 
									 
									 
									 
									




























