“Qarabağ” çətin və güclü rəqibdir” - “Gent”in baş məşqçisi

“Qarabağ” çətin və güclü rəqibdir” - “Gent”in baş məşqçisi

Belçikanın “Gent” komandasının baş məşqçisi Heyn Vanhazebruk Avropa Konfrans Liqasının pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcəkləri oyunlar barədə fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, yerli mətbuata açıqlamasında püşkün nəticəsini dəyərləndirən 58 yaşlı mütəxəssis İtaliya "Latsio"su istisna olmaqla, digər 7 mümkün rəqibin hamısını eyni səviyyəli komanda adlandırıb:

“Rəqibin kimliyi heç vaxt mənim üçün əhəmiyyət kəsb etmir. Çünki bu mərhələdə zəif komanda yoxdur. “Qarabağ” da çətin, eyni zamanda güclü rəqibdir”.

Belçikalı məşqçi Ağdam təmsilçisinin 2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində çıxış etdiyini xatırladıb: "Bu mövsüm isə Polşa, İsveçrə və Macarıstan çempionlarını mübarizədən kənarlaşdırıblar. Təkcə bu amillər rəqibin gücündən xəbər verir".

Vanhazebruk Bakıya uzun səfərin onları narahat etmədiyini bildirib: “Əvvəllər də belə səyahətlərimiz olub. Məsələn, bu, Kiprə səfərimizdən bir saat uzun çəkəcək. Biz öz səyahət cədvəlimizə mükəmməl uyğunlaşa bilərik”.

“Qarabağ" "Gent"ə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

Son xəbərlər
“Liverpul” “Volfsburq”un müdafiəçisi ilə maraqlanır
“Azərbaycan Premyer Liqası çətin çempionatdır” - Saşa İliç
Azərbaycan boksçuları AÇ-yə hazırlığı Türkiyədə davam etdirəcəklər
“İmişli” “Şamaxı”ya, “Qəbələ” “Sumqayıt”a uduzdu
Azərbaycan derbisində ən çox oynamış futbolçular
Levandovski “Barselona”dakı gələcəyi ilə bağlı planlar qurur
MY Sançodan əlini üzdü
“İmişli” “Şamaxı”ya belə uduzdu - VİDEO
“Sərhədçi” “Quba”ya qalib gəldi
“Hakimlərdən narazılığım var” - Kaskilya
Conatan Devidin “Yuventus”dakı gələcəyi ilə bağlı məlumat yayıldı
“Çempionatda ən vacib qələbələrdən birini qazandıq” - Ayxan Abbasov
“Turan Tovuz”la “Kəpəz”in əvəzedicilərindən heç-heçə
A Seriyasının oktyabr üçün ən yaxşıları
Premyer Liqada oktyabrın ən yaxşıları məlum oldu
“Liverpul” “İnter”in müdafiəçisi ilə maraqlanır
Bakıda kamandan oxatma üzrə “Zəfər turniri” keçiriləcək
Azərbaycanın İslamiadanın açılış mərasimindəki bayraqdarları bəlli oldu
“Barselona”nın oyunçusu PSJ-yə yollana bilər
Səlimovdan Avropa birinciliyində gümüş medal
“Qarabağ”la “Neftçi” derbilərdə ən böyükhesablı qələbələrini noyabrda qazanıblar
Derbilərin 45-də hər iki komanda qol vurmağı bacarıb
“Liverpul” yarımmüdafiəçisi ilə müqaviləsini yeniləmək niyyətindədir
Türkiyədə mərc oyunlarına qoşulma ittihamı ilə 17 hakim, 1 klub prezidenti saxlanılıb
Azərbaycanın gənc cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər
2-ci Liqada 8-ci turun təyinatları açıqlandı
“Real”da “qaymaqlılar”ın bir fəsadı narahatlıq doğurur
Azərbaycan derbilərində indiyədək üç futbolçu het-trik edib
Dövrənin son turu rəqəmlərin gözü ilə
“Qeyri-sabit çıxışımızın səbəbi komandanın tam heyətlə oynaya bilməməsi idi”
DAHA ÇOX

Ən çox oxunanlar