Futbol
Sadio Mane sıradan çıxdı

09.11.2022 | 12:33
Almaniyanın “Bayern” klubunun hücumçusu Sadio Mane zədələnib.
Sports.az xəbər verir ki, Seneqal millisinin də üzvü olan futbolçu DÇ-2022-nin startına iki həftə qalmış sıradan çıxıb.
30 yaşlı hücumçu “Verder”lə oyunda (6:1) xəsarət alıb. O, Bundesliqanın 14-cü turu çərçivəsində baş tutan matçın 15-ci dəqiqəsində dizini tutaraq, yerə oturub. Mane matçı davam etdirməyə çalışsa da, 20-ci dəqiqədə əvəzlənib.
Seneqal millisi DÇ-2022-nin A qrupunda Qətər, Niderland və Ekvadorla mübarizə aparacaq.
Son xəbərlər





























