Bakıda “Gimnastika hamı üçün” kollokviumunun açılış mərasimi olub

Bakıda “Gimnastika hamı üçün” kollokviumunun açılış mərasimi olub

Bu gün Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) “Gimnastika hamı üçün” kollokviumunun açılış mərasimi olub.

Sports.az xəbər verir ki, kollokvium Azərbaycan Gimnastika Federasiyasının (AGF) təşkilatçılığı ilə UNESCO-nun himayədarlığı altında həyata keçirilir.

Üç gün davam edəcək tədbirdə beynəlxalq ekspertlər, məşqçilər və gimnastika həvəskarları bir araya gələrək təcrübə mübadiləsi aparacaq, müasir inkişaf strategiyalarını müzakirə edəcəklər. Tədbir idmanın cəmiyyətə inteqrasiyası, sağlam həyat tərzinin təbliği və gimnastikanın daha geniş auditoriya üçün əlçatan olması kimi mövzulara diqqət yetirəcək. 39 ölkədən 52 nümayəndənin iştirak etdiyi tədbir bu növ üzrə ölkəmizdə keçirilən ilk kollokviumdur.

Kollokviumun açılışında çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda 2013-cü ildən etibarən inkişaf etdirilən bu növün hazırda Bakıda və regionlarda sürətlə yayıldığını, keçirilən “Challange” tədbirlərini xüsusi vurğulayıb. Həmçinin nazir kollokvium çərçivəsində ölkəmizə səfər edən FIG-in “Gimnastika hamı üçün” növü üzrə komitə sədri Roqerio Valerio ilə görüş zamanı gimnastikanın inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və bu sahədə təcrübə mübadiləsini müzakirə edib.

Açılış mərasimində çıxış edən UNESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Seymur Fətəliyev gimnastikanın inklüziv və əhatəli inkişafının vacibliyini vurğulayıb. Bu tədbirin təşkil edilməsinin gimnastikanın daha geniş kütlələrə yayılmasına və sağlam həyat tərzinin təşviqinə geniş imkanlar açdığını bildirib. Həmçinin o, bu kollokvium çərçivəsində aparılan müzakirələrin və mübadilə edilən təcrübələrin gimnastikanın qlobal səviyyədə daha geniş yayılmasına və idmanın hər kəs üçün əlçatan olmasına mühüm töhfə verdiyini, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının hər zaman idmanın inkişafı ilə bağlı layihələrə dəstək verməyə hazır olduğunu qeyd edib.

AGF-nin baş katibi Fatimə Şəfizadə də çıxışı zamanı kollokvium müddətində keçiriləcək seminarların və müzakirələrin bu gimnastika növünün gələcək inkişafı üçün vacibliyini vurğulayıb.
 

Son xəbərlər
“Barselona” mərakeşli gənc ulduzu satın almağa çalışır
“Basketbolçularımız bu gün qəhrəmanlıq göstərdilər”
“Gəncə” “Şəki”yə, “Sərhədçi” “Sumqayıt”a uduzdu
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
PSJ-nin müdafiəçisi Paris klubundan ayrılmaq istəyir
“Qarabağ”dan inamlı qələbə - VİDEO
“Abubakar “Neftçi” üçün xeyirli olsun” - Qurbanov
“Məğlub olmağımıza görə məyusuq” – Kaskilya
“Roma” “Mançester Yunayted”in hücumçusunu icarəyə götürmək istəyir
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyinin qalibi oldu
Türkiyə Futbol Federasiyası 149 hakimi cəzalandırdı
“Araz-Naxçıvan”dan Benin millisinə
“Barselona” “Napoli”nin yarımmüdafiəçisi ilə maraqlanır
"Qarabağ" "İmişli"yə qalib gəldi
“Çelsi” müdafiəçisi ilə müqaviləsini yeniləmək niyyətindədir
Azərbaycanlı FIFA referisi “Napoli”nin oyununa təyinat aldı
“İmişli”nin texniki məğlubiyyətlə bağlı şikayəti qəbul edilmədi
Naxçıvanda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
Qəbələdə kütləvi futbol festivalı keçirilib
İlk oyun qolsuz bitdi
“Barselona” “Kamp Nou”ya qovuşur
Ronaldonun oğlu millidə debüt edib
Yamal yüksək səviyyədə oynamağa tam hazır deyil
Qvardiola Halandı bircə şərtlə buraxmağa hazırdır
“Abşeron”dan daha bir transfer
ÇL: “Qarabağ”ın oyununa 27 250 bilet satılıb
Millimiz Özbəkistana qarşı
“Barselona” iki hücumçu arasında seçimini etdi
“Qalatasaray”ın ulduzu “Barselona”ya keçə bilər
“Qəbələ”nin futbolçusu üçün əlamətdar oyun
DAHA ÇOX

Ən çox oxunanlar