“Hesabda önə keçsək də, sonradan tempdən düşdük”

“Hesabda önə keçsək də, sonradan tempdən düşdük”

“Quba”nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının 20-ci turunda “Ordu” ilə matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib.

Sports.az xəbər verir ki, mütəxəssis səhvləri sonradan düzəltmələrinə baxmayaraq, uduzduqlarını bildirib:

“Oyun bir qədər aqressiv alındı. Matçın əvvəllərində hesabda önə keçsək də, sonradan tempdən düşdük. Əsas üzvlərimizdən biri zədə səbəbindən oynamadı. Oyun bərabər səviyyədə keçdi. Sadəcə, atışlarda səhv etdik. Doğrudur, səhvlərimizi sonradan müəyyən mənada düzəltdik, amma sonda 9 xallıq fərqlə uduzduq. Müntəzəm çempionatın son oyunu idi. Məncə, pis alınmadı. Bəzi oyunçulara istirahət verdik, gənclər şans qazandı. Bütün oyunçular yaxşı oynadı. Kameron Consa qarşı çox sərt müdafiə olsa da, istədiyi xalları yığdı”.

Əsgərov komandadan razı qaldığını nəzərə çatdırıb:

“Bu görüşdə müəyyən məsələlər də ortaya çıxdı. Pley-in mərhələsində böyük ehtimalla “Ordu” ilə qarşılaşacağıq. Yaxşı oldu ki, öz oyunçularımızı sınadıq. Komandadan razıyam. Oyunçuların istədiyi alınmasa da, var güclərini meydanda qoydular. Rəqibimiz “Ordu” olarsa, həmin görüşə də yaxşı hazırlaşacağıq. Fikrimcə, pley-in matçında meydanda tamam başqa komanda görəcəyik”.

Quba Olimpiya İdman Kompleksində baş tutan B qrupunun “Quba” - “Ordu” matçı qonaqların 97:88 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər
“Barselona” mərakeşli gənc ulduzu satın almağa çalışır
“Basketbolçularımız bu gün qəhrəmanlıq göstərdilər”
“Gəncə” “Şəki”yə, “Sərhədçi” “Sumqayıt”a uduzdu
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
PSJ-nin müdafiəçisi Paris klubundan ayrılmaq istəyir
“Qarabağ”dan inamlı qələbə - VİDEO
“Abubakar “Neftçi” üçün xeyirli olsun” - Qurbanov
“Məğlub olmağımıza görə məyusuq” – Kaskilya
“Roma” “Mançester Yunayted”in hücumçusunu icarəyə götürmək istəyir
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyinin qalibi oldu
Türkiyə Futbol Federasiyası 149 hakimi cəzalandırdı
“Araz-Naxçıvan”dan Benin millisinə
“Barselona” “Napoli”nin yarımmüdafiəçisi ilə maraqlanır
"Qarabağ" "İmişli"yə qalib gəldi
“Çelsi” müdafiəçisi ilə müqaviləsini yeniləmək niyyətindədir
Azərbaycanlı FIFA referisi “Napoli”nin oyununa təyinat aldı
“İmişli”nin texniki məğlubiyyətlə bağlı şikayəti qəbul edilmədi
Naxçıvanda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
Qəbələdə kütləvi futbol festivalı keçirilib
İlk oyun qolsuz bitdi
“Barselona” “Kamp Nou”ya qovuşur
Ronaldonun oğlu millidə debüt edib
Yamal yüksək səviyyədə oynamağa tam hazır deyil
Qvardiola Halandı bircə şərtlə buraxmağa hazırdır
“Abşeron”dan daha bir transfer
ÇL: “Qarabağ”ın oyununa 27 250 bilet satılıb
Millimiz Özbəkistana qarşı
“Barselona” iki hücumçu arasında seçimini etdi
“Qalatasaray”ın ulduzu “Barselona”ya keçə bilər
“Qəbələ”nin futbolçusu üçün əlamətdar oyun
DAHA ÇOX

Ən çox oxunanlar