“Bu, güclənməyimizə imkan vermir” - Ayxan Abbasov

“Bu, güclənməyimizə imkan vermir” - Ayxan Abbasov

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 3-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Sports.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları matçdan sonra təşkil edilən mətbuat konfransında bunları söyləyib:

“Möhtəşəm gün idi. Zəfər bayramımızın ikinci il dönümünü, eləcə də Bayraq gününü qeyd edirdik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Tovuzlu azarkeşlər üçün bayram idi. Çünki “Qarabağ”ın gəlişini çoxları səbirsizliklə gözləyirdi. Hər iki komandanın azarkeşləri gözəl atmosfer yaratmışdılar. Oyuna gəldikdə, xal ehtiyatımızı artırmaq istəyirdik. Amma heyətdə ciddi itkilərimiz var idi. Gənc futbolçular üçün “Qarabağ”a qarşı oynamaq fürsət idi. Diqqətimizi qarşıdakı oyunlara yönəltməliyik. Təslim olmaq fikrimiz yoxdur. Oyundan sonra futbolçuara da dedim ki, bizi qarşıda 3 gün sonra “Kəpəz”ə qarşı daha çətin matç gözləyir.

Oqebukvu Henri sarı vərəqə cəzalısı idi, Natan Oduva artıq zədəsini bərpa edib. Böyük ehtimalla, “Kəpəz”ə qarşı oynayacaq. Digərlərinin durumu hələlik qeyri-müəyyəndi.

Kamal Bayramov təcrübəli qapıçıdı. Özü də tovuzludu, sevə-sevə doğma rayonunun komandasına qoşulub. Tərlan Əhmədlinin ağrıları olduğu üçün bu gün Kamala şans verdik. Ümumən böyük bir səhvi olmadı. Elə də geniş heyətimiz yoxdur. Ehtiyat qüvvəmiz gənclərdir. Onlara güvənirik. Ehtiyatdakı oyunçuların da 3-ü zədəli idi. Bu, məşqçilərə problem yaradır. Bunu bilirik və keçməliyik. Burada kəndlər var ki, yaxşı meydançalar salmaq olar. Bunsuz mümkün deyil ki, futbolda böyük addımlar atasan.

“Kəpəz”də irəliləyiş görünür. Evdə daha yaxşı çıxış edirlər. Bu mövsüm sona qədər mübarizə olacağını bilirdik. Çətin oyun olacaq. Bir az sıx qrafikdə oynadıq. Bu da təsir edəcək. Nələrsə dəyişib hazır olmalıyıq.

Stadionu təbii örtüklü meydança etsək, büdcəmiz qalmayacaq. Təbii edib, komanda olmamasındansa, sünidə oynamaq daha yaxşıdır. Mən də məşqin keyfiyyətində fərqi hiss edirəm. Bəzi legionerlər süni örtük görməyiblər. Zədələr olur. İnkişaf istəyiriksə, hamısı dəyişilməlidir. Tovuzda təbii meydança olsa, 3 dənə də yardımçı meydançamız olmalıdır. Buna vaxt lazımdır. İndi bunu tələb etmək olmaz. Hələ digər problemləri həll edirik. 10-12 il əvvəl Sumqayıt, Qəbələdə elə meydançaların olacağı bilinmirdi. Amma yaradıldı”.

Abbasov bəzi legionerilərin digər klubların maraq dairəsində olduğuna dair xəbərlərə də münasibət bildirib: “İstəyərik ki, öz komandamızın onurğasını saxlayaq. İlk ilimizdir, yeni futbolçular var. Çətinlik çəkirik. Yayda problem yaşamamaq üçün əvvəldən klubun büdcəsi bilinməlidir və danışıqlara başlamalıyıq. Klub inkişaf etmək istəyirsə, 1 illik müqavilə olmamalıdır. Azı 3 illik olmalıdır. “Sumqayıt”da da belə çətinlik çəkirdik. Avrokuboka çıxan komandadan 8-9 futbolçu getmişdi. İndi oyunçularımıza təklif gəlməsi normaldır. Amma müqavilələri 2-3 illik etməliyik. Yaxud futbolçuları satmağı düşünməliyik ki, maliyyə qazanaq. Belədə başqa oyunçu dəvət edə bilərik. Klubların büdcəsi əvvəldən bilinməlidir. İndi növbəti yayı fikirləşə bilmirik. Hələlik bu mövsüm üçün vəd etdiklərimizi yerinə yetirməyə çalışırıq. Legioner gedəndə də yaxşı getməlidir. Maliyyəmiz olsa, qışda da oyunçu gətirə bilərik. Amma indi bu, güclənməyimizə imkan vermir”.

Baş məşqçi “Şamaxı” ilə matçdan sonra azarkeşlərlə bağlı dediklərinin narazılıqla qarşılanmasına da toxunub: “Azarkeşləri kateqoriyaya bölməmişəm. Mən fikirləşirəm ki, iki cür azarkeş var. Biri hər gün klubun yanında olanlar, digəri tamaşaçılardır. Oradakı məqam azarkeşlərə aid deyil. İnkişaf istəyiriksə, tribuna da inkişaf etməlidir. Bu gün tribuna möhtəşəm idi. “Qarabağ” tərəfi dedi ki, sanki evdə oynayırdıq. Bəzi azarkeşlərin gəlib hansısa ifadələr işlətməsi futbolçuları həvəsdən salır. Yeni komanda qurulub. Azarkeşlər futbolçuları həvəsdən sala bilər. Futbolçular bura gələndə belə məqamlarla da maraqlanır. O söhbətin də xeyiri oldu. Son 4-5 gündə böyük dəstək gördük. Məşqlərimizə gəldilər, zənglər etdilər. Hirslənənlər də başa düşdülər ki, heç kimi təhqir etmək olmaz”.

Son xəbərlər
Bakıda kamandan oxatma üzrə “Zəfər turniri” keçiriləcək
Azərbaycanın İslamiadanın açılış mərasimindəki bayraqdarları bəlli oldu
“Barselona”nın oyunçusu PSJ-yə yollana bilər
Səlimovdan Avropa birinciliyində gümüş medal
“Qarabağ”la “Neftçi” derbilərdə ən böyükhesablı qələbələrini noyabrda qazanıblar
Derbilərin 45-də hər iki komanda qol vurmağı bacarıb
“Liverpul” yarımmüdafiəçisi ilə müqaviləsini yeniləmək niyyətindədir
Türkiyədə mərc oyunlarına qoşulma ittihamı ilə 17 hakim, 1 klub prezidenti saxlanılıb
“Şamaxı” “İmişli”yə qarşı - YENİLƏNİR
Azərbaycanın gənc cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər
2-ci Liqada 8-ci turun təyinatları açıqlandı
“Real”da “qaymaqlılar”ın bir fəsadı narahatlıq doğurur
Azərbaycan derbilərində indiyədək üç futbolçu het-trik edib
Dövrənin son turu rəqəmlərin gözü ilə
“Qeyri-sabit çıxışımızın səbəbi komandanın tam heyətlə oynaya bilməməsi idi”
Ronaldodan Ferqyuson açıqlaması
İslamiadanın açılış mərasimi bu gün baş tutacaq
Günün oyunları – TV
Bu gün 6-cı turun daha iki oyunu keçiriləcək
Sanço İngiltərə Premyer Liqasını tərk edə bilər
Anri “Barselona”nın müdafiəsindəki fəsaddan söhbət açdı
Yamal səhhəti haqda şayiələri təkzib etdi
Spalletti Kambyazo haqda qənaətini açıqladı
Jota ölümündən sonra 2025-ci ilin ən yaxşı oyunçusu seçildi
Ronaldo futbolçu karyerasına xitam verəcəyi ilə bağlı sualı cavabladı
“Şamaxı” “İmişli”yə, “Qəbələ” “Sumqayıt”a qarşı
“Samsunspor”dan Konfrans Liqasında darmadağın
“Fənərbağça” Çexiyadan 1 xalla qayıtdı
ÇL-də həftənin oyunçusu bilindi
“Real”ın paltardəyişmə otağında narazılıq hökm sürür
DAHA ÇOX

Ən çox oxunanlar