Digər
				Yüksək Liqada 18-ci tura start verilir

04.04.2025 | 12:15
					Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 18-ci tura bu gün start veriləcək.
Sports.az xəbər verir ki, ilk olaraq iki oyun keçiriləcək.
Saat 16:00-da “Abşeron” - “Milli Aviasiya Akademiyası”, iki saat sonra "Azərreyl" - UNEC matçı baş tutacaq.
Hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil ediləcək.
Qeyd edək ki, tura aprelin 5-də keçiriləcək “Gəncə” - “Murov Az Terminal” görüşü ilə yekun vurulacaq.
Son xəbərlər
		 
									 
									 
									 
									 
									 
									




























