“Qarşımızda son və ən çətin vəzifə qalıb”

“Qarşımızda son və ən çətin vəzifə qalıb”

“Qarşımızda son və ən çətin vəzifə - Rumıniya çempionatının finalı qalıb”.

Sports.az xəbər verir ki, bunu Rumıniyanın “Alba” klubunun heyətində ölkə kubokunun qalibi və Avropa Voleybol Konfederasiyasının (CEV) Kubokunda ikinci yeri tutan Azərbaycan millisinin hücumçusu Yelizaveta Ruban deyib.

O, Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında CEV Kubokundakı nəticədən də razı qaldıqlarını söyləyib:

“Çox şadam ki, Rumıniya Kubokunu qazandıq. Finalda rəqibimiz ötənilki çempion idi və oyun çox maraqlı keçdi. Bilirdik ki, rəqib güclüdür və asan olmayacaq. Ona görə də ciddi hazırlaşdıq və qalib gəldik. Bu görüşdən sonra istirahətə vaxt yox idi, çünki iki gündən sonra bizi CEV Kubokunun finalı gözləyirdi. İtaliyada baş tutan ilk oyunda uduzsaq da, evdəki cavab matçına ciddi hazırlaşırdıq. Hər şey ən yüksək səviyyədə təşkil olunmuşdu, ab-hava inanılmaz idi. Finalda uduzmağımıza baxmayaraq, nəticədən razıyıq, turniri ikinci kimi başa vurduq. Qarşımızda son və ən çətin vəzifə - Rumıniya çempionatının finalı qalıb. Əlbəttə, yorğunluq var. Lakin çalışacağıq ki, çempionluğu qazanaq və mövsümü daha çox qələbə ilə başa vuraq”.

Qeyd edək ki, finalda “Voluntari”ni 3:1 hesabı ilə məğlub edən “Alba” Rumıniya Kubokunun qalibi olub. Komanda CEV Kubokunun finalında isə İtaliya təmsilçisi "Novara"ya (1:3, 0:3) uduzub.

Son xəbərlər
“Barselona” “Kamp Nou”ya qovuşur
“Qarabağ” “İmişli” ilə üz-üzə - YENİLƏNİR
Ronaldonun oğlu millidə debüt edib
Yamal yüksək səviyyədə oynamağa tam hazır deyil
Qvardiola Halandı bircə şərtlə buraxmağa hazırdır
“Abşeron”dan daha bir transfer
ÇL: “Qarabağ”ın oyununa 27 250 bilet satılıb
Millimiz Özbəkistana qarşı
“Barselona” iki hücumçu arasında seçimini etdi
“Qalatasaray”ın ulduzu “Barselona”ya keçə bilər
“Qəbələ”nin futbolçusu üçün əlamətdar oyun
“Kür” daha bir həndbolçunu heyətinə qatdı
Əvəzedicilərin yarışında 9-cu turun təyinatları açıqlandı
“Liverpul”da ciddi itki
Millimiz Banqladeşdə turnirə qatılacaq
“Real” Endriki müəyyən şərt daxilində buraxacaq
Bu gün 5-ci turun daha iki oyunu baş tutacaq
Günün oyunları – TV
10-cu turun təyinatları açıqlandı
MS yarımmüdafiəçisini icarədən erkən surətdə geri çağıra bilər
Müdafiəçisi “Liverpul”dan ayrıla bilər
“Xetafe” baş məşqçisi ilə müqaviləsini yeniləyə bilər
“Borussiya” müdafiəçisi ilə bağlı qərar qəbul etdi
De Bröyne dünya çempionatını buraxa bilər
“Qarabağ” “İmişli” ilə üz-üzə
“Latsio” səfərdə xal itirdi
Flik Yamala qəzəblidir
“Liverpul” Slotla bağlı qərar qəbul etdi
Vinisius – Haland mübadiəsi mümkündürmü?
Endrikin müşətəriləri artır
DAHA ÇOX

Ən çox oxunanlar