Güləş/Cüdo
Azərbaycan cüdoçuları AÇ-yə Macarıstanda hazırlaşacaq

04.04.2025 | 15:45
Azərbaycanın kişilərdən ibarət cüdo millisi Monteneqronun paytaxtı Podqoritsada təşkil olunacaq Avropa çempionatına son hazırlığı Macarıstanda keçəcək.
Sports.az xəbər verir ki, məşqlər aprelin 7-dən 12-dək Tata şəhərindəki Olimpiya Təlim Düşərgəsində reallaşacaq.
Qeyd edək ki, Avropa çempionatı aprelin 23-dən 27-dək keçiriləcək. Yarışda Azərbaycanı 9 kişi və 7 qadın cüdoçu təmsil edəcək.
Son xəbərlər





























