AMADA Azərbaycanda “Ədalətli idman həftəsi” elan edib

AMADA Azərbaycanda “Ədalətli idman həftəsi” elan edib

Ümumdünya Antidopinq Agentliyinin (WADA) təşəbbüsünə qoşulan Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) bu il 7 - 13 aprel tarixlərini ölkədə “Ədalətli idman həftəsi” elan edib və ictimaiyyəti bu günlə bağlı məlumatlandırma işinə başlayıb.

Sports.az AMADA-nın mətbuat xidmtinə istinadən xəbər verir ki, WADA bu il 11 aprel tarixini dünyada Ədalətli İdman Günü elan edib.

Təmiz idman dəyərlərinə həsr olunan Ədalətli İdman Günü dopinqə qarşı qlobal mübarizə haqqında idmançılar, idman ictimaiyyəti və digərləri üçün məlumatlandırma məqsədi daşıyır.

WADA hər il müxtəlif şəkildə qeyd olunan Ədalətli İdman Gününün bu il rəqəmsal platformalar vasitəsilə təbliğ edilməsi üçün çağırış edib. Ali antidopinq qurumu cari il əlamətdar günün “Ədalətli yarış səndən başlayır” şüarı altında keçirilməsini və bu mövzuda postların "PlayTrueDay" həştəqi vasitəsilə paylaşılmasını təklif edir.

“Ədalətli idman həftəsi - 2025” ərzində AMADA-nın müxtəlif sosial media kanallarında bu günlə bağlı paylaşımların edilməsi nəzərdə tutulub. Buraya məlumatlandırıcı post və hekayələrin paylaşılması, idman ictimaiyyətinin tanınmış simalarının bu günlə bağlı fikirləri, eyni zamanda, Ədalətli İdman Günü ilə bağlı sorğulardan ibarət müsabiqələrin təşkili aiddir. İdmansevərlər bu müsabiqələrdə iştirak edərək həm maariflənə, həm də AMADA-dan dəyərli hədiyyələr qazana biləcəklər.

AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə “Ədalətli idman həftəsi – 2025” barədə danışıb:

“İdman yalnız fiziki güc nümayişi deyil, eyni zamanda dürüstlük, zəhmət, əzm və ədalət prinsiplərinə əsaslanan bir həyat tərzidir. Ədalətli İdman Gününün qeyd olunması idmanda şəffaflıq prinsiplərini və idmançıların öz bacarıqlarına güvənməsinin vacibliyini bir daha ön plana çıxarır. İdmanda dopinqə yer yoxdur. O, yalnız qaydaları pozmaq deyil, həm də idmanın mahiyyətini, onun ruhunu məhv etmək deməkdir. Hər bir idmançı bilməlidir ki, qazanılan uğur yalnız və yalnız öz zəhmətinin, intizamının və bacarığının nəticəsi olmalıdır. Dopinq vasitələri qısamüddətli üstünlük təmin edə bilər, lakin bu, idmançının karyerasını, sağlamlığını və nüfuzunu ciddi şəkildə zədələyir. Azərbaycanın idman tarixində əzmkar və dürüst mübarizə aparan idmançılarımızın adları qızıl hərflərlə yazılıb. Olimpiya və dünya çempionlarımız, beynəlxalq arenalarda bayrağımızı yüksəldən idmançılarımız əsl nümunədir. Biz bu ənənəni davam etdirməli, yeni nəsil idmançılara idmanda dürüstlüyün əsas dəyər olduğunu aşılamaq üçün daha çox çalışmalıyıq. Ədalətli və təmiz idman üçün hər birimiz məsuliyyət daşıyırıq. Gəlin, birlikdə idmanı daha ədalətli, daha mənalı və daha parlaq edək”.

Qeyd edək ki, WADA 2014-cü ildən bəri hər il aprel ayında Ədalətli İdman Günü keçirir. Aprel ayının fərqli tarixlərində qeyd olunan əlamətdar gün bu il 11 aprelə təsadüf edib. Artıq 11 ildir ki, Ədalətli İdman Günü xüsusi olaraq qeyd edilir.

Son xəbərlər
“Barselona” “Kamp Nou”ya qovuşur
“Qarabağ” “İmişli” ilə üz-üzə - YENİLƏNİR
Ronaldonun oğlu millidə debüt edib
Yamal yüksək səviyyədə oynamağa tam hazır deyil
Qvardiola Halandı bircə şərtlə buraxmağa hazırdır
“Abşeron”dan daha bir transfer
ÇL: “Qarabağ”ın oyununa 27 250 bilet satılıb
Millimiz Özbəkistana qarşı
“Barselona” iki hücumçu arasında seçimini etdi
“Qalatasaray”ın ulduzu “Barselona”ya keçə bilər
“Qəbələ”nin futbolçusu üçün əlamətdar oyun
“Kür” daha bir həndbolçunu heyətinə qatdı
Əvəzedicilərin yarışında 9-cu turun təyinatları açıqlandı
“Liverpul”da ciddi itki
Millimiz Banqladeşdə turnirə qatılacaq
“Real” Endriki müəyyən şərt daxilində buraxacaq
Bu gün 5-ci turun daha iki oyunu baş tutacaq
Günün oyunları – TV
10-cu turun təyinatları açıqlandı
MS yarımmüdafiəçisini icarədən erkən surətdə geri çağıra bilər
Müdafiəçisi “Liverpul”dan ayrıla bilər
“Xetafe” baş məşqçisi ilə müqaviləsini yeniləyə bilər
“Borussiya” müdafiəçisi ilə bağlı qərar qəbul etdi
De Bröyne dünya çempionatını buraxa bilər
“Qarabağ” “İmişli” ilə üz-üzə
“Latsio” səfərdə xal itirdi
Flik Yamala qəzəblidir
“Liverpul” Slotla bağlı qərar qəbul etdi
Vinisius – Haland mübadiəsi mümkündürmü?
Endrikin müşətəriləri artır
DAHA ÇOX

Ən çox oxunanlar