Digər
				Dünya kubokunda 17-ci yer

05.04.2025 | 18:30
					Atıcılıq üzrə dünya kuboku davam edir.
Sports.az xəbər verir ki, 25 m məsafədən atəş açan qadınların yarışında təsnifat mərhələsi başa çatıb.
Azərbaycan snayperi Xanna Əliyeva da hədəf önünə keçib. O, 571 xal toplayıb. Atıcımız 25 iştirakçı arasında 17-ci yeri tutub. “Səkkizliy”ə düşə bilməyən təmsilçimiz final mərhələsindən kənar qalıb.
Bu növdə mükafatçılar bu gün müəyyənləşəcək.
Son xəbərlər
		 
									 
									 
									 
									 
									 
									




























