Lider qalib gəldi, “Neftçi” uduzdu

Lider qalib gəldi, “Neftçi” uduzdu

Bu gün futzal üzrə Yüksək Liqada 6-cı turun oyunları keçirilib. Bununla da liqada 2-ci dövrəyə start verilib.

Sports.az xəbər verir ki, turun bütün oyunları Bakı İdman Sarayında keçirilib.

Əvvəlcə “Neftçi” İK ilə “Baku Fire” üz-üzə gəlib. Bu komandalar arasında baş tutmuş mövsümün açılış matçı qolsuz heç-heçə ilə başa çatmışdı. Bu qarşılaşmada isə “Baku Fire” “Neftçi”yə qalib gəlməyi bacarıb.

Lider “Araz Naxçıvan” “Alyans”la gücünü sınayıb. Son çempionun Lənkəran təmsilçisi ilə dueldə büdrəyəcəyi inandırıcı görünmürdü. Belə də olub. Çempion bu oyunda 3 xalı 11 qolla qazanıb.

“Record” isə yeni formalaşan və Avropa çempionatında ölkəmizi təmsil edəcək U-19-la oyundan darmadağınla ayrılıb.

Yüksək Liqa
6-cı tur

10 noyabr

Neftçi İK – Baku Fire 1:2
Qol: Kənan Manafov, 33:58 - Tofiq Əliyev, 14:36. Sorouş Heydari, 18:42.
Hakimlər: Rza Məmmədov, Ceyhun Hüseynov, Nahid Xasıyev.
Hakim-inspektor: Mehman Mahmudov.
Bakı İdman Sarayı. Saat 14:15.

Alyans (Lənkəran) – Araz Naxçıvan 1:11
Qol: Cəlal Axundov, 21:20 - Viktor Ponce, 7:46; 36:30. Xəzər Ağalızadə, 14:47. Oktay Rüstəmli, 14:59; 32:06; 32:59. Vitao, 15:56; 38:43; 39:21. Xəyal Xələfli, 18:58-öz qapısına. Andreu, 29:09.
Hakimlər: Hacıəli Ağayev, Şakir Quliyev, Elgün Hüseynov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı İdman Sarayı. Saat 16:15.

Record – U-19 9:1
Qol: Rüfət Məmmədli, 2:11-öz qapısına. Matin Qahramani, 8:29; 17:21. Rəsul İbrahimov, 11:50. Elmir Xəlilov, 18:55. Çinedu Stephen Auam-Aqa, 25:04. Mojtaba Vali, 26:23. Seyidreza Hosseini Hotkani, 37:35. Onur Əlizadə, 39:29 - Kənan Rövşani, 38:45.
Hakimlər: Ziya Nəsirov, Anar Fərəcov, Mahir Məmmədov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı İdman Sarayı. Saat 18:15.

Xal: Araz Naxçıvan – 15, Baku Fire – 13, Neftçi – 10, Record – 9, Alyans – 3, U-19 – 0.

Son xəbərlər
Bakıda kamandan oxatma üzrə “Zəfər turniri” keçiriləcək
Azərbaycanın İslamiadanın açılış mərasimindəki bayraqdarları bəlli oldu
“Barselona”nın oyunçusu PSJ-yə yollana bilər
Səlimovdan Avropa birinciliyində gümüş medal
“Qarabağ”la “Neftçi” derbilərdə ən böyükhesablı qələbələrini noyabrda qazanıblar
Derbilərin 45-də hər iki komanda qol vurmağı bacarıb
“Liverpul” yarımmüdafiəçisi ilə müqaviləsini yeniləmək niyyətindədir
Türkiyədə mərc oyunlarına qoşulma ittihamı ilə 17 hakim, 1 klub prezidenti saxlanılıb
“Şamaxı” “İmişli”yə qarşı - YENİLƏNİR
Azərbaycanın gənc cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər
2-ci Liqada 8-ci turun təyinatları açıqlandı
“Real”da “qaymaqlılar”ın bir fəsadı narahatlıq doğurur
Azərbaycan derbilərində indiyədək üç futbolçu het-trik edib
Dövrənin son turu rəqəmlərin gözü ilə
“Qeyri-sabit çıxışımızın səbəbi komandanın tam heyətlə oynaya bilməməsi idi”
Ronaldodan Ferqyuson açıqlaması
İslamiadanın açılış mərasimi bu gün baş tutacaq
Günün oyunları – TV
Bu gün 6-cı turun daha iki oyunu keçiriləcək
Sanço İngiltərə Premyer Liqasını tərk edə bilər
Anri “Barselona”nın müdafiəsindəki fəsaddan söhbət açdı
Yamal səhhəti haqda şayiələri təkzib etdi
Spalletti Kambyazo haqda qənaətini açıqladı
Jota ölümündən sonra 2025-ci ilin ən yaxşı oyunçusu seçildi
Ronaldo futbolçu karyerasına xitam verəcəyi ilə bağlı sualı cavabladı
“Şamaxı” “İmişli”yə, “Qəbələ” “Sumqayıt”a qarşı
“Samsunspor”dan Konfrans Liqasında darmadağın
“Fənərbağça” Çexiyadan 1 xalla qayıtdı
ÇL-də həftənin oyunçusu bilindi
“Real”ın paltardəyişmə otağında narazılıq hökm sürür
DAHA ÇOX

Ən çox oxunanlar