Digər
				Yüksək Liqada 18-ci turun oyunları keçiriləcək

08.04.2025 | 10:40
					Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün 18-ci turun oyunları keçiriləcək.
Sports.az xəbər verir ki, saat 14:00-da MOİK - “Neftçi”, 16:00-da “Azərreyl” - “Xilasedici”, 18:00-da isə “Murov Az Terminal” - “Gənclər” matçları baş tutacaq.
Hər üç oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.
“Azərreyl” və “Murov Az Terminal” 41 xalla müvafiq olaraq birinci və ikinci pillədə yer alıblar. “Xilasedici” üçüncü (39 xal), “Neftçi” dördüncü (23 xal), MOİK beşinci (8 xal), “Gənclər” (1 xal) isə sonuncu - altıncı yerdədir.
Son xəbərlər
		 
									 
									 
									 
									 
									 
									




























