Digər
				Qılıncoynadanlar Çində keçirilən DÇ-də iştirak ediblər

08.04.2025 | 13:40
					Azərbaycan qılıncoynadanları Çinin Usi şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyində iştirak ediblər.
Sports.az xəbər verir ki, sablyaçıların mübarizəsində Zərifə Hüseynova 14-cü olub.
O, 1/4 finala vəsiqə uğrunda qarşılaşmada uduzub.
Fərəh Abasova, Leyla Əhmədova və Valentina Zeynalova isə qrup mərhələsini adlayıb pley-offa yüksəlsələr də, 1/32 finala vəsiqə üçün keçirilən görüşlərdə uduzublar.
Gənc oğlan sablyaçıların şəxsi yarışında Ayxan Xasıyev, Rəsul Əliyev və Abbas Hüseynov pley-offa vəsiqə qazansalar da, 1/32 finala yüksəlmək uğrunda keçirilən görüşlərdə məğlub olublar.
Timur Husnaddinov isə mübarizəni qrupda dayandırıb.
Dünya birinciliyi aprelin 15-dək davam edəcək.
Son xəbərlər
		 
									 
									 
									 
									 
									 
									




























