“Sumqayıt”ın baş məşqçisinə və “Şamaxı”nın məşqçisinə 5 oyunluq cəza

“Sumqayıt”ın baş məşqçisinə və “Şamaxı”nın məşqçisinə 5 oyunluq cəza

AFFA İntizam Komitəsinin iclası keçirilib. Sports.az xəbər verir ki, bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:

Misli Premyer Liqası XIII turunun “Turan Tovuz” – “Şamaxı” oyununda təcili tibbi yardım maşını oyunun başlama vaxtına gecikdiyinə görə “Turan Tovuz” klubu 1600 manat cərimə edilsin. (maddə 59.4)

“Şamaxı” klubunun qapıçılar üzrə məşqçisi Anar Niftəliyev azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə “Şamaxı” klubu 4000 manat cərimə edilsin, Anar Niftəliyev 5 oyunluq kənarlaşdırılsın (maddə 41.6.).

Oyunda hər iki komandanın texniki zonasında oturan şəxsləri A buraxılış vəsiqələrini taxmadıqlarına görə hər iki klub 800 manat cərimə edilsin (maddə 60).

“Qəbələ” – “Zirə” oyununda “Qəbələ” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilsin (maddə 39).

“Sumqayıt” – “Neftçi” oyununda “Neftçi” klubu stadiona gecikdiyi üçün klub 800 manat cərimə edilsin (maddə 54).

Stadionda suyun təzyiqinin olmamasına və futbolçuların sudan normal istifadə edə bilmədiklərinə görə “Sumqayıt” klubu 800 manat cərimə edilsin (maddə 60).

“Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov oyunun rəsmi şəxsini təhqir etdiyinə görə “Sumqayıt” klubu 4000 manat cərimə edilsin və Samir Abasov 5 oyunluq kənarlaşdırılsın. (maddə 41.4.)

“Səbail” – “Sabah”  oyununda “Səbail” klubu tərəfindən PFL-in futbol himninin səsləndirilməməsinə görə klub 800 manat cərimə edilsin (maddə 84).
 

Son xəbərlər
Bakıda kamandan oxatma üzrə “Zəfər turniri” keçiriləcək
Azərbaycanın İslamiadanın açılış mərasimindəki bayraqdarları bəlli oldu
“Barselona”nın oyunçusu PSJ-yə yollana bilər
Səlimovdan Avropa birinciliyində gümüş medal
“Qarabağ”la “Neftçi” derbilərdə ən böyükhesablı qələbələrini noyabrda qazanıblar
Derbilərin 45-də hər iki komanda qol vurmağı bacarıb
“Liverpul” yarımmüdafiəçisi ilə müqaviləsini yeniləmək niyyətindədir
Türkiyədə mərc oyunlarına qoşulma ittihamı ilə 17 hakim, 1 klub prezidenti saxlanılıb
“Şamaxı” “İmişli”yə qarşı - YENİLƏNİR
Azərbaycanın gənc cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər
2-ci Liqada 8-ci turun təyinatları açıqlandı
“Real”da “qaymaqlılar”ın bir fəsadı narahatlıq doğurur
Azərbaycan derbilərində indiyədək üç futbolçu het-trik edib
Dövrənin son turu rəqəmlərin gözü ilə
“Qeyri-sabit çıxışımızın səbəbi komandanın tam heyətlə oynaya bilməməsi idi”
Ronaldodan Ferqyuson açıqlaması
İslamiadanın açılış mərasimi bu gün baş tutacaq
Günün oyunları – TV
Bu gün 6-cı turun daha iki oyunu keçiriləcək
Sanço İngiltərə Premyer Liqasını tərk edə bilər
Anri “Barselona”nın müdafiəsindəki fəsaddan söhbət açdı
Yamal səhhəti haqda şayiələri təkzib etdi
Spalletti Kambyazo haqda qənaətini açıqladı
Jota ölümündən sonra 2025-ci ilin ən yaxşı oyunçusu seçildi
Ronaldo futbolçu karyerasına xitam verəcəyi ilə bağlı sualı cavabladı
“Şamaxı” “İmişli”yə, “Qəbələ” “Sumqayıt”a qarşı
“Samsunspor”dan Konfrans Liqasında darmadağın
“Fənərbağça” Çexiyadan 1 xalla qayıtdı
ÇL-də həftənin oyunçusu bilindi
“Real”ın paltardəyişmə otağında narazılıq hökm sürür
DAHA ÇOX

Ən çox oxunanlar