“Bunları bəhanə etmirik” - Kürdov

“Bunları bəhanə etmirik” - Kürdov

Futzal üzrə Avropa çempionatının əsas mərhələsi çərçivəsində aprelin 11-də səfərdə İsveçlə qarşılaşacaq Azərbaycan millisi dünən oyunun keçiriləcəyi arenada məşq edib.

Sports.az xəbər verir ki, bu gün oyunöncəsi son məşqini də adıçəkilən zalda edəcək millimizin kapitanı Emin Kürdov ümumi mənzərəni bu cür şərh edib:

“İsveçə dünən gəldik və yorğun olmağımıza baxmayaraq, məşqimizi etdik. Uşaqların əhval-ruhiyyəsi yaxşıdır. Hər birimiz istəyirik ki, qrupda ilk qələbəmizi qazanaq. Milli komandamız buna layiqdir. Oyunöncəsi son məşqimizdə taktiki tapşırıqlar üzərində işləyəcəyik.

Heyətimizdə mikrozədəlilər var. Həmin zədələr onların oynamağına mane olmayacaq. İsveç uyğunlaşdığı örtükdə oynayacaq. Biz də reytinq xallarımızı artırmaq üçün əlimizdən gələni edəcəyik. Çünki reytinqdəki sıralama gələcək püşkatmalar üçün lazım olacaq. Bütün diqqətimizi bu görüşə yönəldəcəyik. Düzdür, Bakıya döndükdən 2 gün sonra Xorvatiya yığması ilə qarşılaşacağıq. Amma bu oyun haqda sonra danışmaq olar.

Bu gün baş məşqçi tərəfindən videogörüntülər təqdim olunacaq. Rəqibin zəif və güclü tərəflərini izləyəcəyik. Oyunun keçiriləcəyi arenanın örtüyü də bizim əlehimizədir. Çünki terafleksdə məşq etməmişik. Belə örtükdə oynamaq ağır olur, top sürətlə hərəkət etmir. Bunu bəhanə etmirik. İlk məqşimizi keçirdik, ikinci məşq də uyğunlaşmaq baxımından çox köməyimizə çatacaq”.

Son xəbərlər
10-cu turun təyinatları açıqlandı
MS yarımmüdafiəçisini icarədən erkən surətdə geri çağıra bilər
Müdafiəçisi “Liverpul”dan ayrıla bilər
“Xetafe” baş məşqçisi ilə müqaviləsini yeniləyə bilər
“Borussiya” müdafiəçisi ilə bağlı qərar qəbul etdi
De Bröyne dünya çempionatını buraxa bilər
“Qarabağ” “İmişli” ilə üz-üzə
“Latsio” səfərdə xal itirdi
Flik Yamala qəzəblidir
“Liverpul” Slotla bağlı qərar qəbul etdi
Vinisius – Haland mübadiəsi mümkündürmü?
Endrikin müşətəriləri artır
Azərbaycan Atletika Federasiyasında hakimlər üçün seminar
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 7-ci oldu
Lənkəranda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
“Yuventus”un yeni baş məşqçisi açıqlandı
AÇ-də iştirak edəcək Azərbaycan cüdoçularının rəqibləri bilindi
ÇL: “Araz-Naxçıvan”dan heç-heçə
Azərbaycan yığması Aktauda birinci oldu
“Mançester Yunayted”in zədəli futbolçusu sıraya döndü
“Ordu” ilə oyunda çox top itkilərinə yol verdik”
Nazir İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib
“Xilasedici”dən asan qələbə
“Ordu” “Lənkəran”a qalib gəldi
Millimizdən Moldova ilə heç-heçə
Bakıda Strateji İnkişaf Seminarı keçirilib
Fransalı futbolçu Azərbaycanla oyundan əvvəl zədələndi
“Qarabağ”ın oyunu ukraynalı hakimə tapşırıldı
Vitinya Verrattini xatırladı
Zeynalovdan Dünya Kubokunda bürünc medal
DAHA ÇOX

Ən çox oxunanlar