Xankəndi ultramarafonuna start verildi

Xankəndi ultramarafonuna start verildi

Aprelin 10-da 2025-ci ilin “İdman Paytaxtı” Qəbələ şəhərində Xankəndi ultramarafonuna start verilib.

Sports.az xəbər verir ki, yarışdan əvvəl açılış mərasimi keçirilib. 

Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova, millət vəkili, Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Könül Nurullayeva, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov çıxış ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Açılış mərasimindən sonra ultramarafona start verilib.

Ultramarafona qatılan 81 nəfərdən 23-ü qadın, qalanları kişi idmançılardır, onların arasında Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstan atletləri də var. İlk yarış gününün nəticələrinə əsasən, kişilər arasında Türkiyə təmsilçiləri Üzeyir Söyləməz (3:32.20) və Ömər Alkanoğlu (3:32.21), eləcə də Gürcüstandan Giorgi Lomidze (3:36.29) yüksək nəticə göstərərək birinci mərhələdə fərqləniblər.

Qadınlar arasında Ukrayna təmsilçisi Alyona Şevçenko (4:02.16) ən yüksək nəticə ilə fərqlənib. Onun ardınca Türkiyədən Dəmir Hasibə (4:05.10) və Moldovadan Svetlana Şepelyeva (4:06.19) finiş xəttini keçiblər.

Qeyd edək ki, ultramarafon iştirakçıları 192 km məsafəni qət edərək Xankəndidə finişə çatacaqlar. Onlar Qəbələ – Ağdaş (55 km), Ağdaş – Bərdə (65 km), Bərdə – Ağdam (44 km) və Ağdam – Xankəndi (28 km) istiqamətləri üzrə mərhələlərlə yarışacaqlar. Hər mərhələnin qalibləri ayrıca təltif ediləcək, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.

Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən ultramarafona aprelin 13-də yekun vurulacaq.

Son xəbərlər
MS yarımmüdafiəçisini icarədən erkən surətdə geri çağıra bilər
Müdafiəçisi “Liverpul”dan ayrıla bilər
“Xetafe” baş məşqçisi ilə müqaviləsini yeniləyə bilər
“Borussiya” müdafiəçisi ilə bağlı qərar qəbul etdi
De Bröyne dünya çempionatını buraxa bilər
“Qarabağ” “İmişli” ilə üz-üzə
“Latsio” səfərdə xal itirdi
Flik Yamala qəzəblidir
“Liverpul” Slotla bağlı qərar qəbul etdi
Vinisius – Haland mübadiəsi mümkündürmü?
Endrikin müşətəriləri artır
Azərbaycan Atletika Federasiyasında hakimlər üçün seminar
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 7-ci oldu
Lənkəranda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
“Yuventus”un yeni baş məşqçisi açıqlandı
AÇ-də iştirak edəcək Azərbaycan cüdoçularının rəqibləri bilindi
ÇL: “Araz-Naxçıvan”dan heç-heçə
Azərbaycan yığması Aktauda birinci oldu
“Mançester Yunayted”in zədəli futbolçusu sıraya döndü
“Ordu” ilə oyunda çox top itkilərinə yol verdik”
Nazir İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib
“Xilasedici”dən asan qələbə
“Ordu” “Lənkəran”a qalib gəldi
Millimizdən Moldova ilə heç-heçə
Bakıda Strateji İnkişaf Seminarı keçirilib
Fransalı futbolçu Azərbaycanla oyundan əvvəl zədələndi
“Qarabağ”ın oyunu ukraynalı hakimə tapşırıldı
Vitinya Verrattini xatırladı
Zeynalovdan Dünya Kubokunda bürünc medal
“Arsenal”dan İngiltərə futbolunda yeni rekord
DAHA ÇOX

Ən çox oxunanlar