“Azərbaycan futbolu Belarusa nümunə ola bilər” - Aleksey Baqa

“Azərbaycan futbolu Belarusa nümunə ola bilər” - Aleksey Baqa

“Sumqayıt”ın sabiq baş məşqçisi Aleksey Baqa hələ də Azərbaycanı tərk etməyib.

Sports.az xəbər verir ki, Belarusdan olan mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında bildirib ki, sentyabrda istefaya göndərilməsində baxmayaraq, Bakıda qalıb:

“Bunun böyük səbəbləri yoxdur. Birincisi, uşaqlar Bakıda məktəbə getdilər: rübün ortasında fasilə vermək istəmirəm. İkincisi, komanda ilə texniki məsələləri həll etmək lazımdır.  Televiziyada çoxlu futbol var, üstəlik internetdə nəsə tapa bilərsiniz. Üstəlik, eyni kompleksdə yaşadığımız qonşular arasında da tanışlar var. Bu, "Sabah"ın baş məşqçisi Murad Musayev, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi və "Neftçi"nin çalışdırıcısı Laurentsiu Regekampfdır. Biz tez-tez bir-birimizi görür və danışırıq”.

“Sumqayıt” Baqanın məşqçilik karyerasında çalışdırdığı üçüncü xarici klub olub. Bundan əvvəl o, "Jalgiris" (Litva) və "Aktobe"nin (Qazaxıstan) baş məşqçisi vəzifəsində çalışıb. Belaruslu mütəxəssis bu 3 klubun ölkələrindəki futbolu müqayisə edib:

“Azərbaycan çempionatı əcnəbi futbolçuların dəvət olunması baxımından bir-iki addım öndədir. Oradakı futbolçular Braziliyadan, Portuqaliyadan, Almaniyadan, İspaniyadan əla keçmişə malikdirlər. Ona görə də “Qarabağ”, “Neftçi” və “Sabah”ın səviyyəsi yüksəkdir. Görünüş və strateji olaraq, Azərbaycan futbolu bizə nümunə ola bilər. Demək olar ki, bütün komandaların stadionu, infrakstrukturu var”.

Son xəbərlər
“Liverpul” “İnter”in müdafiəçisi ilə maraqlanır
Bakıda kamandan oxatma üzrə “Zəfər turniri” keçiriləcək
Azərbaycanın İslamiadanın açılış mərasimindəki bayraqdarları bəlli oldu
“Barselona”nın oyunçusu PSJ-yə yollana bilər
Səlimovdan Avropa birinciliyində gümüş medal
“Qarabağ”la “Neftçi” derbilərdə ən böyükhesablı qələbələrini noyabrda qazanıblar
Derbilərin 45-də hər iki komanda qol vurmağı bacarıb
“Liverpul” yarımmüdafiəçisi ilə müqaviləsini yeniləmək niyyətindədir
Türkiyədə mərc oyunlarına qoşulma ittihamı ilə 17 hakim, 1 klub prezidenti saxlanılıb
“Şamaxı” “İmişli”yə qarşı - YENİLƏNİR
Azərbaycanın gənc cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər
2-ci Liqada 8-ci turun təyinatları açıqlandı
“Real”da “qaymaqlılar”ın bir fəsadı narahatlıq doğurur
Azərbaycan derbilərində indiyədək üç futbolçu het-trik edib
Dövrənin son turu rəqəmlərin gözü ilə
“Qeyri-sabit çıxışımızın səbəbi komandanın tam heyətlə oynaya bilməməsi idi”
Ronaldodan Ferqyuson açıqlaması
İslamiadanın açılış mərasimi bu gün baş tutacaq
Günün oyunları – TV
Bu gün 6-cı turun daha iki oyunu keçiriləcək
Sanço İngiltərə Premyer Liqasını tərk edə bilər
Anri “Barselona”nın müdafiəsindəki fəsaddan söhbət açdı
Yamal səhhəti haqda şayiələri təkzib etdi
Spalletti Kambyazo haqda qənaətini açıqladı
Jota ölümündən sonra 2025-ci ilin ən yaxşı oyunçusu seçildi
Ronaldo futbolçu karyerasına xitam verəcəyi ilə bağlı sualı cavabladı
“Şamaxı” “İmişli”yə, “Qəbələ” “Sumqayıt”a qarşı
“Samsunspor”dan Konfrans Liqasında darmadağın
“Fənərbağça” Çexiyadan 1 xalla qayıtdı
ÇL-də həftənin oyunçusu bilindi
DAHA ÇOX

Ən çox oxunanlar