“Qələbəmi bütün sevdiyim insanlara həsr edirəm”

“Qələbəmi bütün sevdiyim insanlara həsr edirəm”

Slovakiyada keçirilən Avropa çempionatında 1 qızıl, 1 gümüş və 4 bürünc medalla komanda hesabında Avropa çempionu olan sərbəst güləş millimiz vətənə qayıdıb.

Sports.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda yığmamızın qarşılama mərasimi keçirilib:

Baş məşqçi Xetaq Qazyumovun təəssüratları belə olub:

“Avropa çempionatına yaxşı hazırlaşmışdıq. 3 təlim-məşq toplanışı keçmişdik. Rusiya və Azərbaycanda bütün hazırlıq mərhələlərini tamamladıq. Bu nəticə təsadüfi deyil. Avropa çempionu olmamıza baxmayaraq, medalların kəmiyyət və keyfiyyətinə görə, daha yüksək nəticə qazanacağımıza inanırdıq. Osmandan da çempionluq gözləyirdik. Zəif çıxış edən güləşçilərimiz oldu. Səhvlərin üzərində işləyəcəyik. Ümid edirəm ki, həmin güləşçilər növbəti dəfə bu səhvlərə yol verməyərək yüksək nəticələrə imza atacaqlar”.

Debüt etdiyi böyüklərin Avropa çempionatında fəxri kürsüyə qalxan Ağanəzər Novruzov isə yarışdakı çıxışını belə dəyərləndirib:

“Şükürlər olsun, bu nəticəni əldə etdim. Amma səhvlərim çoxdur. Onların üzərində işləməliyəm. Bir az səhvlərdən, bir az da təcrübəsizlikdən yarımfinalda məğlub oldum. Məşqçilər bu il hansı yarışlarda məsləhət bilsə, o yarışlarda da iştirak edəcəyəm. Qələbəmi bütün sevdiyim insanlara həsr edirəm”.

Xatırladaq ki, Avropa çempionatında təmsilçilərimizdən Giorgi Meşvildişvili (125 kq) qızıl, Osman Nurmaqomedov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (74 kq) və Ağanəzər Novruzov (74 kq) isə bürünc medal qazanıb.

Son xəbərlər
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
DAHA ÇOX

Ən çox oxunanlar