Digər
				ABL: Pley-in mərhələsinin ikinci görüşlərinə start verilir

13.04.2025 | 11:40
					Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ikinci görüşlərinə bu gün start veriləcək.
Sports.az xəbər verir ki, “Lənkəran” evdə “Gəncə”ni qəbul edəcək.
Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq qarşılaşmanın start fiti saat 14:00-da səsləndiriləcək.
Komandalar arasında baş tutan ilk görüşdə Gəncə təmsilçisi 96:92 hesablı qələbə qazanıb.
Pley-in mərhələsində digər görüşlər sabah keçiriləcək.
Son xəbərlər
		 
									 
									 
									 
									 
									 
									




























