Digər
				Bəhreyn qran-prisinin qalibi müəyyənləşdi

13.04.2025 | 23:40
					Formula 1 üzrə Bəhreyn qran-prisinin qalibi müəyyənləşib.
Sports.az xəbər verir ki, Saxır dairəsində keçirilən yarışın qalibi "McLaren"in avstraliyalı pilotu Oskar Piastri olub.
İkinci yerdə "Mercedes" komandasının britaniyalı pilotu Corc Rassel qərarlaşıb. İlk "üçlüy"ü "McLaren” komandasının digər pilotu Lando Norris tamamlayıb.
Piastri ötən gün Bəhreyn qran-prisinin sıralama turunun da qalibi olmuşdu.
Son xəbərlər
		 
									 
									 
									 
									 
									 
									




























