PFL və “Şamaxı” rəhbərliyi arasında görüş keçirildi

PFL və “Şamaxı” rəhbərliyi arasında görüş keçirildi

Peşəkar Futbol Liqası və "Şamaxı" futbol klubu arasında görüş keçirilib.

Sports.az xəbər verir ki, Şamaxı şəhərində baş tutan görüşdə Peşəkar Futbol Liqasını qurumun prezidenti Elxan Səmədov, vitse-prezidenti Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, "Şamaxı" FK-nı isə klubun idarə heyətinin sədri Elçin Usub və baş menecer Kamran İsmayılov təmsil edib.

"Şamaxı" rəsmiləri səfərə görə qonaqlara təşəkkür edərək klubun hazırki durumu, planları barədə məlumat veriblər. Elçin Usub klub olaraq əsas hədəflərinin yerli təcrübəli və eyni zamanda gənc, potensiallı futbolçuların birliyindən mübariz komanda qurmaq olduğunu bildirib. E.Usub həmçinin Vüqar Əsgərli, Cavid Hüseynov kimi gənc, Premyer Liqa təcrübəsi olmayan mütəxəssislərə güvənməklə onları da Azərbaycan futboluna qazandıracaqlarına ümidini ifadə edib. Uşaq futbolunu da xüsusi diqqətdə saxladıqlarını bildirən rəsmilər ölkə futbolunun əfsanələrindən olan Vəli Qasımovun rəhbərliyi altında hal-hazırda Şamaxıda 4 yaş qrupu üzrə hazırlıq aparıldığını, yaxın gələcəkdə bu sayı artırmağı planlaşdırdıqlarını qeyd edib.

PFL prezidenti Elxan Səmədov isə öz növbəsində klub üçün görülən işlərin gedişatından məmnunluğunu bildirib. Xüsusilə komandanın heyəti üçün yaradılan şəraitin ölkədə ən yaxşılardan olduğunu vurğulayan Səmədov kluba olan dəstəyin və planların böyük ümidlər verdiyini qeyd edib. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşün ardından rəsmilər Misli Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən "Şamaxı" - "Sumqayıt" matçını izləyiblər.

Son xəbərlər
Bakıda kamandan oxatma üzrə “Zəfər turniri” keçiriləcək
Azərbaycanın İslamiadanın açılış mərasimindəki bayraqdarları bəlli oldu
“Barselona”nın oyunçusu PSJ-yə yollana bilər
Səlimovdan Avropa birinciliyində gümüş medal
“Qarabağ”la “Neftçi” derbilərdə ən böyükhesablı qələbələrini noyabrda qazanıblar
Derbilərin 45-də hər iki komanda qol vurmağı bacarıb
“Liverpul” yarımmüdafiəçisi ilə müqaviləsini yeniləmək niyyətindədir
Türkiyədə mərc oyunlarına qoşulma ittihamı ilə 17 hakim, 1 klub prezidenti saxlanılıb
“Şamaxı” “İmişli”yə qarşı - YENİLƏNİR
Azərbaycanın gənc cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər
2-ci Liqada 8-ci turun təyinatları açıqlandı
“Real”da “qaymaqlılar”ın bir fəsadı narahatlıq doğurur
Azərbaycan derbilərində indiyədək üç futbolçu het-trik edib
Dövrənin son turu rəqəmlərin gözü ilə
“Qeyri-sabit çıxışımızın səbəbi komandanın tam heyətlə oynaya bilməməsi idi”
Ronaldodan Ferqyuson açıqlaması
İslamiadanın açılış mərasimi bu gün baş tutacaq
Günün oyunları – TV
Bu gün 6-cı turun daha iki oyunu keçiriləcək
Sanço İngiltərə Premyer Liqasını tərk edə bilər
Anri “Barselona”nın müdafiəsindəki fəsaddan söhbət açdı
Yamal səhhəti haqda şayiələri təkzib etdi
Spalletti Kambyazo haqda qənaətini açıqladı
Jota ölümündən sonra 2025-ci ilin ən yaxşı oyunçusu seçildi
Ronaldo futbolçu karyerasına xitam verəcəyi ilə bağlı sualı cavabladı
“Şamaxı” “İmişli”yə, “Qəbələ” “Sumqayıt”a qarşı
“Samsunspor”dan Konfrans Liqasında darmadağın
“Fənərbağça” Çexiyadan 1 xalla qayıtdı
ÇL-də həftənin oyunçusu bilindi
“Real”ın paltardəyişmə otağında narazılıq hökm sürür
DAHA ÇOX

Ən çox oxunanlar