“Cavid Hüseynovla eyni maaşa çalışırıq” – Vüqar Əsgərli

“Cavid Hüseynovla eyni maaşa çalışırıq” – Vüqar Əsgərli

“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 14-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Sports.az xəbər verir ki, o, 4:2 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil edilən mətbuat konfransında bunları söyləyib:

“Oyuna çox ciddi hazırlaşmışdıq. Çünki Samir Abasovun gəlişindən sonra “Sumqayıt”da ciddi dəyişikliklər olmuşdu. "Neftçi"yə qarşı oynadıqları oyun da bunu göstərdi. 3-4 oyunlarını analiz etdik və boşluqlarını gördük. Yarımmüdafiə və müdafiə xətti arasında boşluqları var idi. Bilirdik ki, onlar cərimə meydançasının içərisində kompakt oynayırlar. Belədə, demək ki, cinahlarında boşluqları var idi. Cinahların aktiv olmasına çalışdıq. Hazırlaşdıq və uşaqlar verilən tapşırıqları istədiyimiz kimi yerinə yetirə bildilər. Baxımlı və əzmkar futbol oynadılar. Bəzən deyirlər ki, hər dəfə eyni sözləri danışıram. Amma bu uşaqlara güvənmək lazımdır. Hər dəfə qeyd edirdim ki, oyundan-oyuna inkişaf edəcəyik. Çünki onların necə hazırlaşdıqlarını görürük. Bu da özünü göstərir. İş günü olsa da, azarkeşlər bizi tək qoymadılar. Onlara da təşəkkür edirəm. "Sumqayıt"a da gələcək matçlarda uğurlar arzulayıram.

Əvvəlki oyunlarımızda da qol imkanları yaradırdıq, amma reallaşdıra bilmirdik. Məşqlərdə futbolçularımızla fərdi də işləyirik ki, epizodu qola çevirsinlər. İkinci dövrə başlayandan hər oyun qol vururuq. Məğlub da olmuruq. Bu, sevindiricidir. İki oyun qələbə qazanmaq da hər şey demək deyil. Çünki futbolçuların üzərində təzyiq olur ki, təsadüfi qələbə qazandılar. Sevinirik ki, qolları hücumda olanlar vurur”.

Vüqar Əsgərli texniki zonada daha çox Cavid Hüseynovun ayaq üstə olmasına da münasibət bildirib. O, hətta eyni maaşa çalışdıqlarını da bildirib:

“Cavid və Vüqar eynidir. Hərəmizin öz işi var, bunu bölüşdürmüşük. Məşqlərdə və texniki zonada öz işimizi görürük. Fərqi yoxdur, hər ikimiz eyni fikirləşirik. İkimizdən biri olmasa da, futbolçular eyni fikirlə davam edirlər. Maaşa gəlincə, bizim üçün pul o qədər önəmli deyil. Eyni dəyəri alırıq. Bura gələndə ağ kağız vermişdik və maaşın o qədər də önəmli olmadığını bildirmişdik. Çünki ilk işimizdir və özümüzü göstərmək istəyirdik”.

Son xəbərlər
Bakıda kamandan oxatma üzrə “Zəfər turniri” keçiriləcək
Azərbaycanın İslamiadanın açılış mərasimindəki bayraqdarları bəlli oldu
“Barselona”nın oyunçusu PSJ-yə yollana bilər
Səlimovdan Avropa birinciliyində gümüş medal
“Qarabağ”la “Neftçi” derbilərdə ən böyükhesablı qələbələrini noyabrda qazanıblar
Derbilərin 45-də hər iki komanda qol vurmağı bacarıb
“Liverpul” yarımmüdafiəçisi ilə müqaviləsini yeniləmək niyyətindədir
Türkiyədə mərc oyunlarına qoşulma ittihamı ilə 17 hakim, 1 klub prezidenti saxlanılıb
“Şamaxı” “İmişli”yə qarşı - YENİLƏNİR
Azərbaycanın gənc cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər
2-ci Liqada 8-ci turun təyinatları açıqlandı
“Real”da “qaymaqlılar”ın bir fəsadı narahatlıq doğurur
Azərbaycan derbilərində indiyədək üç futbolçu het-trik edib
Dövrənin son turu rəqəmlərin gözü ilə
“Qeyri-sabit çıxışımızın səbəbi komandanın tam heyətlə oynaya bilməməsi idi”
Ronaldodan Ferqyuson açıqlaması
İslamiadanın açılış mərasimi bu gün baş tutacaq
Günün oyunları – TV
Bu gün 6-cı turun daha iki oyunu keçiriləcək
Sanço İngiltərə Premyer Liqasını tərk edə bilər
Anri “Barselona”nın müdafiəsindəki fəsaddan söhbət açdı
Yamal səhhəti haqda şayiələri təkzib etdi
Spalletti Kambyazo haqda qənaətini açıqladı
Jota ölümündən sonra 2025-ci ilin ən yaxşı oyunçusu seçildi
Ronaldo futbolçu karyerasına xitam verəcəyi ilə bağlı sualı cavabladı
“Şamaxı” “İmişli”yə, “Qəbələ” “Sumqayıt”a qarşı
“Samsunspor”dan Konfrans Liqasında darmadağın
“Fənərbağça” Çexiyadan 1 xalla qayıtdı
ÇL-də həftənin oyunçusu bilindi
“Real”ın paltardəyişmə otağında narazılıq hökm sürür
DAHA ÇOX

Ən çox oxunanlar