Digər
				Azərbaycan karateçiləri üçün Qahirə sınağı

15.04.2025 | 17:20
					Bu həftə Qahirədə karate üzrə Premyer Liqanın növbəti turniri keçiriləcək.
Sports.az xəbər verir ki, aprelin 18-20-də Azərbaycan komandasının iştirakı ilə reytinq yarışının üçüncü mərhələsi baş tutacaq.
Analıq məzuniyyətindən sonra ilk turnirinə çıxacaq üçqat dünya çempionu İrina Zaretska (68 kq), həmçinin Əminağa Quliyev (60 kq), Nuran Rzazadə (67 kq) və Turqut Həsənov (84 kq) Misirin paytaxtına yollanacaqlar.
Son xəbərlər
		 
									 
									 
									 
									 
									 
									




























