Digər
				Yüksək Liqada yarımfinal mərhələsinə start verildi

15.04.2025 | 20:40
					Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə start verilib.
Sports.az xəbər verir ki, ilk olaraq "Abşeron" və "Gəncə" komandaları üz-üzə gəliblər.
Qarşılaşma birincilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Milli Aviasiya Akademiyası” - "Azərreyl" matçında isə ikincilər 3:2 hesabı ilə qalib gəliblər.
Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib.
Bu raundun ikinci oyunları aprelin 17-də baş tutacaq.
Son xəbərlər
		 
									 
									 
									 
									 
									 
									




























