“Ucaboy basketbolçularımız zəif oynadılar”

“Ucaboy basketbolçularımız zəif oynadılar”

“Texniki baxımdan çox yaxşı çıxış etmədik”.

Sports.az xəbər verir ki, bunu "Şəki"nin baş məşqçisi Bedri Meriç deyib.

Türkiyəli mütəxəssis "Gəncə"ni məğlub etdikləri (85:84) Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin ilk oyunu ilk oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Əvvəlcə rəqibin həm məşqçiləri, həm də oyunçularını göstərdikləri mübarizəyə görə təbrik edirəm. Mübarizəli matç alındı. "Gəncə" ilə görüşlərimiz həmişə belə keçir, izləyici və tamaşaçılar üçün çox keyfiyyətli oyunlar olur. Müdafiədə ucaboy basketbolçularımız zəif oynadılar. Bir ucaboy oyunçumuz zədələndi, digəri texniki faul aldı. Bununla belə, basketbolun texniki tərəfi ilə yox, sadəcə, mübarizə aparıb qalib gəldik".

Meriç ikinci görüş haqqında da danışıb:

"Heç nə bitməyib. Rəqibin meydançasında daha bir matçımız var. Həmin oyunda da qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Bu mövsüm ilk dəfə Gəncəyə oyundan bir gün əvvəl gedəcəyik. Ehtiyatdan girən Pol Dibal, Tomi Lyuk, Adebayo Oduleye bu oyunda bizə çox xeyir verdilər. Bu, bir komanda olmağımızın göstəricisidir. Ona görə də bütün oyunçularımla qürur duyuram".

Tərəflər arasında ikinci matç aprelin 20-də baş tutacaq.

Son xəbərlər
“Latsio” səfərdə xal itirdi
Flik Yamala qəzəblidir
“Liverpul” Slotla bağlı qərar qəbul etdi
Vinisius – Haland mübadiəsi mümkündürmü?
Endrikin müşətəriləri artır
Azərbaycan Atletika Federasiyasında hakimlər üçün seminar
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 7-ci oldu
Lənkəranda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
“Yuventus”un yeni baş məşqçisi açıqlandı
AÇ-də iştirak edəcək Azərbaycan cüdoçularının rəqibləri bilindi
ÇL: “Araz-Naxçıvan”dan heç-heçə
Azərbaycan yığması Aktauda birinci oldu
“Mançester Yunayted”in zədəli futbolçusu sıraya döndü
“Ordu” ilə oyunda çox top itkilərinə yol verdik”
Nazir İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib
“Xilasedici”dən asan qələbə
“Ordu” “Lənkəran”a qalib gəldi
Millimizdən Moldova ilə heç-heçə
Bakıda Strateji İnkişaf Seminarı keçirilib
Fransalı futbolçu Azərbaycanla oyundan əvvəl zədələndi
“Qarabağ”ın oyunu ukraynalı hakimə tapşırıldı
Vitinya Verrattini xatırladı
Zeynalovdan Dünya Kubokunda bürünc medal
“Arsenal”dan İngiltərə futbolunda yeni rekord
2-ci Liqada daha 3 turun oyun cədvəli açıqlandı
“Real” “Tottenhem”in müdafiəçisinə marağını saxlayır
“Qarabağ”ın legionerindən parataekvondoçulara dəstək
9 komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax”ın futbolçusuna bir oyunluq cəza
Əsas ulduzu “Liverpul”dan ayrıla bilər
DAHA ÇOX

Ən çox oxunanlar