Türkiyə klubu futbolçusunu Azərbaycan millisiylə oyuna buraxmadı

Türkiyə klubu futbolçusunu Azərbaycan millisiylə oyuna buraxmadı

Futbol üzrə Moldova millisi Azərbaycan və Rumıniya yığmalarına qarşı keçirəcəyi yoldaşlıq oyunlarının hazırlığına başlayıb.

Sports.az xəbər verir ki, ilk məşq 11 futbolçunun iştirakı ilə baş tutub. Digər oyunçular komandaya qarşıdakı günlərdə qoşulacaqlar.

Türkiyənin “Boluspor” klubunda çıxış edən Vyaçeslav Posmak isə qarşıdakı matçlarda iştirak edə bilməyəcək. Bolu təmsilçisi futbolçunu yığmanın düşərgəsinə buraxmayıb. Onun əvəzinə komandaya “Belts”in üzvü Serafim Kojokar dəvət alıb.

Moldova millisinin baş məşqçisi Sergey Kleşenko qarşıdakı oyunlara hazırlıqla bağlı yerli federasiyanın rəsmi saytına açıqlama verib. O, Azərbaycan yığmasını yaxşı təhlil etdiklərini söyləyib:

“InStat şirkətindəki tərəfdaşlarımızdan da məlumat alaraq, rəqibi kifayət qədər yaxşı təhlil etmişik. Azərbaycan yığmasının heyətindəki futbolçuların çoxu hazırda Avropa Liqasında uğurla çıxış edən “Qarabağ”ın üzvləridir. Üstəlik, onların legionerlərini də tanıyırıq. Prinsipcə, məşqçilər korpusu Azərbaycanla oyuna hazırdır və indi bizim vəzifəmiz bu məlumatı futbolçulara çatdırmaqdır”.

Baş məşqçi Posmakın qarşıdakı oyunlara buraxılmamasına da münasibət bildirib: “Bəxtimiz gətirdi ki, yalnız Posmak öz klubunun qərarı ilə yığmanın düşərgəsinə qoşulmayacaq. Digər futbolçular isə noyabrın 15-dək bizimlə olacaq”.

Noyabrın 16-da Kişinyovdakı "Zimbru" stadionunda keçiriləcək Moldova - Azərbaycan matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Son xəbərlər
Bakıda kamandan oxatma üzrə “Zəfər turniri” keçiriləcək
Azərbaycanın İslamiadanın açılış mərasimindəki bayraqdarları bəlli oldu
“Barselona”nın oyunçusu PSJ-yə yollana bilər
Səlimovdan Avropa birinciliyində gümüş medal
“Qarabağ”la “Neftçi” derbilərdə ən böyükhesablı qələbələrini noyabrda qazanıblar
Derbilərin 45-də hər iki komanda qol vurmağı bacarıb
“Liverpul” yarımmüdafiəçisi ilə müqaviləsini yeniləmək niyyətindədir
Türkiyədə mərc oyunlarına qoşulma ittihamı ilə 17 hakim, 1 klub prezidenti saxlanılıb
“Şamaxı” “İmişli”yə qarşı - YENİLƏNİR
Azərbaycanın gənc cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər
2-ci Liqada 8-ci turun təyinatları açıqlandı
“Real”da “qaymaqlılar”ın bir fəsadı narahatlıq doğurur
Azərbaycan derbilərində indiyədək üç futbolçu het-trik edib
Dövrənin son turu rəqəmlərin gözü ilə
“Qeyri-sabit çıxışımızın səbəbi komandanın tam heyətlə oynaya bilməməsi idi”
Ronaldodan Ferqyuson açıqlaması
İslamiadanın açılış mərasimi bu gün baş tutacaq
Günün oyunları – TV
Bu gün 6-cı turun daha iki oyunu keçiriləcək
Sanço İngiltərə Premyer Liqasını tərk edə bilər
Anri “Barselona”nın müdafiəsindəki fəsaddan söhbət açdı
Yamal səhhəti haqda şayiələri təkzib etdi
Spalletti Kambyazo haqda qənaətini açıqladı
Jota ölümündən sonra 2025-ci ilin ən yaxşı oyunçusu seçildi
Ronaldo futbolçu karyerasına xitam verəcəyi ilə bağlı sualı cavabladı
“Şamaxı” “İmişli”yə, “Qəbələ” “Sumqayıt”a qarşı
“Samsunspor”dan Konfrans Liqasında darmadağın
“Fənərbağça” Çexiyadan 1 xalla qayıtdı
ÇL-də həftənin oyunçusu bilindi
“Real”ın paltardəyişmə otağında narazılıq hökm sürür
DAHA ÇOX

Ən çox oxunanlar