Digər
				ABL: Pley-off mərhələsinin daha iki oyunu keçiriləcək

18.04.2025 | 11:20
					Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha iki görüş baş tutacaq.
Sports.az xəbər verir ki, əvvəlcə “Neftçi” “Ordu” ilə üz-üzə gələcək.
Qarşılaşma saat 18:00-da başlayacaq.
Günün ikinci matçında “Sabah” “Sərhədçi”ni qəbul edəcək. Bu matçın start fiti saat 21:00-da səsləndiriləcək.
Hər iki oyun Bakı İdman Sarayında keçiriləcək.
Qeyd edək ki, pley-offun ötən gün baş tutan “Şəki” - “Gəncə” görüşündə birincilər 85:84 hesablı qələbə qazanıb. Mərhələnin ilk oyunları aprelin 19-da başa çatacaq.
Son xəbərlər
		 
									 
									 
									 
									 
									 
									




























