Digər
				Yüksək Liqada finalçılar müəyyənləşir

18.04.2025 | 12:40
					Bu gün kişi voleybolçular arasında Yüksək Liqanın yarımfinal mərhələsinə yekun vurulacaq.
Sports.az xəbər verir ki, ikinci oyunlar GİN-in Voleybol Mərkəzində keçiriləcək.
İlk finalçı “Xilasedici” - “Azərreyl” qarşılaşmasında bəlli olacaq. Bu oyuna saat 15:00-da start veriləcək. Digər matçda isə “Neftçi” “Murov Az Terminal”dan revanş almağa çalışacaq. Bu görüşün start fiti saat 17:00-da səslənəcək.
Bu mərhələ iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), finala vəsiqənin sahibi Qızıl setdə müəyyənləşəcək.
Son xəbərlər
		 
									 
									 
									 
									 
									 
									




























