Digər
				“Şəki”nin kapitanı ən dəyərli oyunçu seçildi

18.04.2025 | 14:40
					“Şəki”nin kapitanı Roti Veyr Azərbaycan Basketbol Liqasının B qrupu üzrə ən dəyərli oyunçu (MVP) seçilib.
Sports.az xəbər verir ki, bu münasibətlə Azərbaycan Basketbol Federasiyası “Gəncə” ilə pley-off matçından öncə amerikalı oyunçunu mükafatlandırıb.
Qeyd edək ki, Roti Veyr XV (“Lənkəran”la oyun – 33 xal), XVI (“Ordu” ilə matç – 33 xal) və XX turda (“Lənkəran”la görüş – 23 xal) da ən yaxşı basketbolçu adına layiq görülmüşdü.
Son xəbərlər
		 
									 
									 
									 
									 
									 
									




























