Digər
				“Naxçıvan” “Abşeron”a qarşı

19.04.2025 | 11:20
					Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir oyunu baş tutacaq.
Sports.az xəbər verir ki, bu gün Bakı İdman Sarayında keçiriləcək matçda "Naxçıvan" "Abşeron"la üz-üzə gələcək.
Qarşılaşma saat 14:00-da başlayacaq.
Bununla da pley-off mərhələsinin ilk görüşlərinə yekun vurulacaq.
Qeyd edək ki, bu raundun əvvəlki qarşılaşmalarında "Şəki" "Gəncə"yə 85:84, Neftçi” "Ordu"ya 93:84, "Sabah" isə "Sərhədçi"yə 90:64 hesabı ilə qalib gəlib.
 
Son xəbərlər
		 
									 
									 
									 
									 
									 
									




























