Digər
				Azərbaycan çempionatına start verildi

19.04.2025 | 14:40
					Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatına start verilib.
Sports.az xəbər verir ki, “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən yarışda kişilər 40-49, 50-59, 60-69 və 70-dən yuxarı yaş qrupunda, qadınlar isə 40-dan yuxarı yaş qrupunda mübarizə aparırlar.
Budəfəki çempionata 60-a yaxın iştirakçı qatılıb. Onlar həm şəxsi, həm də qoşa yarışlarda qalib və mükafatçılar müəyyənləşdirəcəklər.
Azərbaycan çempionatına sabah yekun vurulacaq.
 
Son xəbərlər
		 
									 
									 
									 
									 
									 
									




























