“Kritik anlarda bəsit səhvlər etdik”

“Kritik anlarda bəsit səhvlər etdik”

“Bizim üçün pis oyun olmadı”.

Sports.az xəbər verir ki, bunu "Abşeron" basketbol klubunun baş məşqçisi Erhan Toker mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan Basketbol Liqasında pley-off mərhələsində “Naxçıvan”la ilk oyunu şərh edib. Baş məşqçi bildirib ki, 83:88 hesabı ilə uduzduqları matçda komandasının performansından razı qalıb:

“Çox pis oynadıq deyə bilmərəm. Zaman-zaman müdafiə səhvləri etdik. Sadəcə ilk yarı üçün deyə bilərəm ki, rəqibə çox xal qazanmağa imkan verdik. Komandam da hər zamankından daha çox xal ata bildi, ilk hissədə 45 xal qazandıq. Adətən nəticə bundan aşağı olur. Rəqibə 50 xal verməyimiz isə mənfi nüanslardan idi. İkinci dövrədə isə müdafiədə daha yaxşı oynaya bildik. Matçı bərabərləşdirmişdik, amma kritik anlarda bəsit səhvlər etdik. Bu da məğlubiyyəti gətirdi”.

Mütəxəssis növbəti matçda qələbəni labüd hesab edir: “Qarşıdakı oyunu qazanmaq məcburiyyətindəyik və məhz buna uyğun da hazırlaşacağıq. Hər iki komanda bir-birinə bərabər səviyyədədir. Belə oyunlarda bəzi nüanslar matça təsir edir. Hazırkı durumda əsas hədəf növbəti matçda qələbə qazanmaqdır”.

Komandalar arasında ikinci oyun aprelin 22-də baş tutacaq.

Son xəbərlər
“Latsio” səfərdə xal itirdi
Flik Yamala qəzəblidir
“Liverpul” Slotla bağlı qərar qəbul etdi
Vinisius – Haland mübadiəsi mümkündürmü?
Endrikin müşətəriləri artır
Azərbaycan Atletika Federasiyasında hakimlər üçün seminar
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 7-ci oldu
Lənkəranda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
“Yuventus”un yeni baş məşqçisi açıqlandı
AÇ-də iştirak edəcək Azərbaycan cüdoçularının rəqibləri bilindi
ÇL: “Araz-Naxçıvan”dan heç-heçə
Azərbaycan yığması Aktauda birinci oldu
“Mançester Yunayted”in zədəli futbolçusu sıraya döndü
“Ordu” ilə oyunda çox top itkilərinə yol verdik”
Nazir İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib
“Xilasedici”dən asan qələbə
“Ordu” “Lənkəran”a qalib gəldi
Millimizdən Moldova ilə heç-heçə
Bakıda Strateji İnkişaf Seminarı keçirilib
Fransalı futbolçu Azərbaycanla oyundan əvvəl zədələndi
“Qarabağ”ın oyunu ukraynalı hakimə tapşırıldı
Vitinya Verrattini xatırladı
Zeynalovdan Dünya Kubokunda bürünc medal
“Arsenal”dan İngiltərə futbolunda yeni rekord
2-ci Liqada daha 3 turun oyun cədvəli açıqlandı
“Real” “Tottenhem”in müdafiəçisinə marağını saxlayır
“Qarabağ”ın legionerindən parataekvondoçulara dəstək
9 komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax”ın futbolçusuna bir oyunluq cəza
Əsas ulduzu “Liverpul”dan ayrıla bilər
DAHA ÇOX

Ən çox oxunanlar