Goranboyda cüdo məşqçiləri üçün inkişaf proqramı başa çatıb

Goranboyda cüdo məşqçiləri üçün inkişaf proqramı başa çatıb

Azərbaycan Cüdo Federasiyasının (ACF) Goranboyda cüdo məşqçiləri üçün təşkil etdiyi peşəkar inkişaf proqramı başa çatıb.

Sports.az xəbər verir ki, proqram çərçivəsində son sessiyalarda milli komandaların fiziki hazırlıq üzrə məşqçisi Fariz Əsgərov antogenez, aşağı yaş qruplarında cüdoçular üçün fiziki yüklənmə normaları, bu prosesin kreativ yolları və idman qidalanması mövzularında təqdimatla çıxış edib.

ACF-in Təhsil şöbəsinin müdiri Orxan Oruczadə isə klubların lisenziyalaşdırılması və məşqçilərin sertifikatlaşdırılması barədə iştirakçılara məlumat verib.

Bundan əlavə, Orxan Səfərov və Asiman Allahverdiyev uşaqlarda cüdo vərdişlərinin formalaşması, koordinasiya və sürətin inkişafı üçün vacib hərəkətlər üzrə praktiki təlimlər keçiriblər.

Yekunda iştirakçılar praktiki imtahan verib və nəzəri bilikləri yoxlanılıb. Sınaqları uğurla başa vuran 29 məşqçi-müəllimə ACF tərəfindən sertifikat təqdim olunub.

Qeyd edək ki, altı gün davam edən proqramda Gəncə-Daşkəsən, Qarabağ və Şərqi Zəngəzur regionlarından olan məşqçilər iştirak ediblər.

Son xəbərlər
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
DAHA ÇOX

Ən çox oxunanlar