Digər
				Yüksək Liqada bürünc medal uğrunda oyunlar keçiriləcək

20.04.2025 | 12:00
					Voleybol üzrə Azərbaycan Yüksək Liqalarında bu gün üçüncü yer uğrunda oyunlar keçiriləcək.
Sports.az xəbər verir ki, qadınların yarışında "Gəncə" və "Murov Az Terminal" komandaları üz-üzə gələcəklər.
Qarşılaşma saat 15:00-da start götürəcək. İlk görüşdə "Murov Az Terminal" qalib gəlib - 3:1 (25:18, 23:25, 25:18, 25:17).
Kişilərin mübarizəsində isə bürünc medal uğrunda ilk matç baş tutacaq. Saat 17:00-da "Neftçi" və "Xilasedici" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər.
İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), qızıl set oynanılacaq.
Son xəbərlər
		 
									 
									 
									 
									 
									 
									




























