Digər
				“Gəncə” pley-offun ikinci oyununda “Şəki”ni məğlub etdi

20.04.2025 | 17:15
					"Gəncə" Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin ikinci oyununda qələbə qazanıb.
Sports.az xəbər verir ki, bölgə təmsilçisi doğma azarkeşlər önündə "Şəki"ni qəbul edib.
Gəncə İdman Sarayındakı qarşılaşma meydan sahiblərinin 94:71 hesablı qələbəsi ilə bitib.
İlk qarşılaşmada "Şəki" qalib gəldiyi (85:84) növbəti raunda yüksələn komanda üçüncü görüşdə bəlli olacaq. Cütün qalibi yarımfinalda "Sabah" - "Sərhədçi" duelinin güclüsü ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-off mərhələsində ikinci oyunlara aprelin 22-də yekun vurulacaq.
Son xəbərlər
		 
									 
									 
									 
									 
									 
									




























